USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan ilə Serbiya arasında müzakirələr aparılıb

Müzakirələr siyasi və təhlükəsizlik məsələlərini əhatə edib


https://img.baki-baku.az/news/2020/08/photo_25.jpg

Serbiya Respublikasının Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç avqustun 10-da Azərbaycan Respublikasına səfərə gəlib. Səfər avqustun 12-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, avqustun 11-də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Neboyşa Stefanoviç ilə görüşüblər.

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə edilib, ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan və Serbiya prezidentlərinin müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusi vurğulanıb, ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu diqqətə çatdırılıb.

Azərbaycan ilə Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluğun ifadə olunduğu görüşdə xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

https://azertag.az/xeber/Azerbaycan_ile_Serbiya_arasinda_siyasi_ve_tehlukesizlik_meselelerine_dair_muzakireler_aparilib_VIDEO-1557945




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Xarici siyasət