USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Pakistan prezidenti: “Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”


https://img.baki-baku.az/news/2021/01/photo_2452.jpg

Pakistan Prezidenti Arif Alvi Qarabağın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını və hökumətini təbrik edib.

APA-nın “Radio Pakistan”a istinadən verdiyi xəbərə görə, bu barədə Arif Alvi ölkəsində səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.

Pakistan Prezidenti ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Prezident Arif Alvi Pakistanın Azərbaycanla ortaq dinə və mədəni əlaqələrə söykənən münasibətlərini yüksək qiymətləndirdiyini qeyd edib.

Pakistanın dövlət başçısı iki ölkə arasında ticarət həcminin genişləndirilməsinin, mədəni və ticarət əməkdaşlığının daha da təşviq edilməsinin vacibliyini vurğulayıb.  

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iki ölkə arasında ticarət və mədəni əməkdaşlığı artırmaq üçün böyük potensialın olduğunu söyləyib.  

Ceyhun Bayramov Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədiyinə görə Pakistana təşəkkür edib. XİN başçısı Azərbaycanın bütün beynəlxalq platformalarda Kəşmir məsələsində Pakistanın yanında olacağını qeyd edib.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Xarici siyasət