USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xudafərin gömrüyünün açılması məsələsi gündəmə gəlir


https://img.baki-baku.az/news/2021/01/photo_2392.jpg

“Xudafərin gömrüyünün yenidən açılması Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etmək üçün bu ölkəyə gediş-gəlişin sadələşdirilməsi baxımından vacibdir”. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Şərqi Azərbaycan valisinin iqtisadi koordinasiya məsələləri üzrə müavini edən Əli Cahangiri deyib. 

İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasında çıxış edən Əli Cahangiri bildirib ki, Təbrizin Azərbaycan ərazisinə yaxın olması ilə əlaqədar həmin gömrüyün yenidən açılması Qarabağın bərpasında iştirak edəcək İran şirkətlərinin ehtiyac duyduğu malların, avadanlıqların və texnikanın nəql edilməsində çox vacib və həlledici rol oynayacaq: “Bu baxımdan, Şərqi Azərbaycan vilayətinin İqtisadi və Maliyyə Departamentinin müvafiq nazirliklərlə və digər səlahiyyətli qurumlarla lazımi yazışmalar aparması lazımdır”.

Gömrük-keçid məntəqələrinin yaradılmasının hökumətin qərarından asılı olduğunu deyən Əli Cahangiri qeyd edib ki, buna görə, vilayət rəhbərinin imzası ilə Şərqi Azərbaycanın ərizəsi və həmçinin Azərbaycan rəsmilərinə Arazın o tayında sözügedən gömrükxananın açılması üçün lazımi imkanların yaradılması ilə bağlı müraciət edilməsi də vilayət rəhbərliyinin gündəliyindədir.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Xarici siyasət