USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanla sərhədlərin açılması, Qarabağda atəşkəsə riayət, Türkiyə-Rusiya monitorinq mərkəzi və S-400 - Çavuşoğlu məsələlərə aydınlıq gətirdi


https://img.baki-baku.az/news/2020/12/photo_2153.jpg?v=MjAyMC0xMi0xNyAxMzozMDoxMQ==

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya monitorinq mərkəzi Ağdamda yerləşəcək”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, müşahidə nöqtələri Dağlıq Qarabağa çox yaxın yerlərdə olacaq.

“Bizim Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq. Ev sahibi haranı göstərirsə, müşahidə nöqtələri orada olmalıdır”, - deyə Türkiyə XİN başçısı qeyd edib.  

“Rusiya ilə müqavilələr imzalanıb. Digər tərəfdən, meydanda atılacaq addımları ev sahibi Azərbaycanla da müzakirə etməliyik”, - deyən Mövlud Çavuşoğlu qeyd edib ki, hazırda Qarabağda müşahidə nöqtələrinə – mərkəzi və digər yerlərə nə qədər insan gələcək, ev sahibi ilə müqavilə imzalanmasına ehtiyac var və ya yoxdur kimi məsələlərlə bağlı Azərbaycanla danışıqlar aparılır: “Ən qısa zamanda bu mərkəzi quracağıq. Atəşkəsin davamlı olması üçün lazımi addımları atacağıq. Bunun tezliklə reallaşmasında fayda var. Son günlər Ermənistan tərəfindən atəşkəsin pozulması halları baş verdi. Azərbaycan onların cavabını verdi, amma burada Rusiyanın da məsuliyyəti var. Çünki üçtərəfli bəyanata əsasən, orada Rusiyanın sülhməramlı qüvvələri var. Rusiya atəşkəsin pozulmasının qarşısını almalıdır, əks təqdirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev lazımi mesajı verib”. 

***

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla sərhədlərin açılması ilə bağlı ölkəsinin şərtini də açıqlayıb. O bildirib ki, bu, Dağlıq Qarabağda prosesin düzgün və effektiv işləməsindən asılı olacaq.

Türkiyə ilə sərhədlərin açılması və ticari əlaqələrin bərpasının daha çox Ermənistan və Ermənistan xalqı üçün faydalı olacağını vurğulayan M. Çavuşoğlu qeyd edib ki, Ermənistan illərdir özü özünü təcrid edib: “Ermənistanın İranla çox problemi olmayıb, Gürcüstanla əlaqələrinin nə qədər sağlam olub-olmadığı ilə bağlı isə şərh vermək istəmirəm. Fəqət Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması Ermənistan iqtisadiyyatına zərər vurub. Ermənistan xalqı başqa ölkənin torpaqlarının işğal edilməsi bahasına həqiqətən iqtisadi baxımdan çətinliklər çəkib”.

***

“ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarı hüquqi və siyasi baxımdan səhv bir addımdır. Bu, bir ölkənin birtərəfli qaydada qəbul etdiyi qərardır”, -deyən Mövlud Çavuşoğlu ABŞ-ın sanksiya qərarını Türkiyənin suverenliyinə hücum kimi qiymətləndirib.

Türkiyə XİN başçısının sözlərinə görə, ölkəsi S-400 hava hücumundan müdafiə sistemini Rusiyadan CAATSA-dan (Countering America's Adversaries Through Sanctions Act - "Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət" haqda qanun) əvvəl alıb və buna görə də sanksiya tətbiq edilə bilməz: “Beynəlxalq hüququ hamı, o cümlədən də ABŞ yaxşı bilir. Bu işlər “Mən belə istəyirəm” deməklə olmaz. ABŞ-ın sanksiya qərarı həm də öz müttəfiqinə qarşı yol vermiş olduğu bir səhvdir”. 

M. Çavuşoğlu S-400-lə bağlı NATO Baş katibinin mövqeyini obyektiv hesab etdiyini vurğulayıb: “O, bu məsələdə müttəfiqimiz ABŞ-ın narahatlığını bizə bildirirdi. Amma digər tərəfdən NATO Baş katibi deyirdi ki, hər bir müttəfiq müdafiə məsələsində öz ehtiyaclarını hər hansı bir yerdən təmin edə bilər. Biz də dedik ki, ABŞ-ın texniki məsələlərlə bağlı qayğıları varsa, NATO çərçivəsində türk və amerikalı mütəxəssislərdən ibarət bir qrup yaradılsın və onlar bu narahatlıqları araşdırsınlar. Bu təklifi isə ABŞ qəbul etmədi. Türkiyə S-400-lə bağlı məsələdə geri addım atmayacaq”.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Xarici siyasət