USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ərdoğan Azərbaycana gəlir - Türkiyə Prezidenti səfər öncəsi mühüm mesajlar verdi


https://img.baki-baku.az/news/2020/12/photo_2072.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti sabah Bakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak edəcək.

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutur.

Səfər zamanı Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq platformalarda dəstəklənməsi ilə bağlı birgə addımlar, iki qardaş ölkə arasında mövcud əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

Səfər çərçivəsində aktual beynəlxalq və regional məsələlər barəsində fikir mübadiləsi aparılacaq. Eyni zamanda, ikitərəfli əlaqələrə dair müxtəlif anlaşma və memorandumların imzalanması da planlaşdırılır.

***

“Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək heç bir fədakarlıqdan çəkinmədi. Canları bahasına Qarabağı işğaldan qurtaran şəhidlərə Allahdan rəhmət diləyirəm. Azərbaycanlı qardaşlarımızı şəxsim, millətim adına təbrik edirəm”. Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri öncəsi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanın bu zəfərinə ortaq tarix, mədəniyyət və dil birliyi çərçivəsində Türkiyə bütün imkanları ilə dəstək verib. 

“Can Azərbaycana olan dəstəyimiz bundan sonra da davam edəcək. Sabah da Azərbaycanın haqlı sevincinə şərik olacaq və Qələbə paradında iştirak edəcəyik”, - deyə o vurğulayıb. 

Ərdoğan qeyd edib ki, səfər çərçivəsində Azərbaycanla birgə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi də aparılacaq: “Bakıya son olaraq 25 fevral 2020-ci ildə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı zamanı səfər etmişdim. Aradan keçən müddət ərzində ikitərəfli əlaqələrimizdə görəcəyimiz işlərlə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevlə müzakirələr aparacağıq. Azərbaycanla çox geniş çəkildə əməkdaşlığımız mövcuddur. Azərbaycanın qazandığı zəfər əlaqələrimizin daha da genişlənməsinə zəmin yaradır. İşğaldan azad edilən torpaqların yenidən bərpası məsələsində qardaşlarımızın yanında olacağıq. O cümlədən pandemiya ilə birgə mübarizə məsələsini də nəzərdən keçirəcəyik. Azərbaycana səfərimin “Bir millət, iki dövlət” şüarını rəhbər tutaraq xeyirlərə vəsilə olmasını diləyirəm”.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Xarici siyasət