USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanın Azərbaycana qarşı əcnəbi terrorçulardan istifadəsinə dair hesabat BMT Baş katibinə ünvanlanıb


https://img.baki-baku.az/news/2020/12/photo_2070.jpg

Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Ermənistanın Azərbaycana qarşı son hücumlarında əcnəbi terrorçulardan istifadə etməsi ilə bağlı hesabatı BMT Baş katibinə ünvanlayıb.

APA-nın xəbərinə görə, hesabatda bildirilib ki, Ermənistan hökuməti əcnəbi terrorçuları Azərbaycana qarşı terror və döyüş əməliyyatlarına hazırlamaq üçün onları işğal altında olan ərazilərdə yaşayış yeri, təlim və maddi-texniki təchizatla təmin edib.

Diqqətə çatdırılıb ki, PKK və ASALA terror təşkilatlarının təlimatı ilə bu terrorçular üçün təlim düşərgələri təşkil olunub.

Hesabatda qeyd olunub ki, Ermənistanın 27 sentyabr 2020-ci il tarixində növbəti təcavüz aktını törətməsindən dərhal sonra əcnəbi terrorçuların köçürülməsi daha da sürətlənib.

Hesabatda kəşfiyyat və media mənbələrindən əldə olunan fakt və məlumatlar əksini tapıb.

BMT Baş katibinə ünvanlanan hesabatda Ermənistan tərəfindən döyüşlərə cəlb olunan əcnəbi terrorçuların adları, onların hansı təşkilat və qruplardan olmaları, hansı ölkələrdən gətirilmələri, təlim və yerləşdimə prosesi, bu terrorçulara ödənilən ödənişlərlə bağlı faktlar və məlumatlar yer alıb.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Xarici siyasət