USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hulusi Akar: Sona qədər azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanındayıq


https://img.baki-baku.az/news/2020/12/photo_1977.jpg

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır. Çox qısa müddət ərzində orada xidmətə başlanılacaq”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Mərkəzdə türk və rus generalı, türk və rus zabitləri atəşkəsə nəzarət edəcək, davamlı atəşkəsin əldə olunması üçün birgə xidmət göstərəcəklər”, - deyə türkiyəli nazir vurğulayıb.  

"Azərbaycanla hərbi təlim və zabit hazırlığı ilə bağlı qarşılıqlı əməkdaşlığımız davam edir", - deyən Hulusi Akar bildirib ki, Türkiyə bu məsələlərdə əlindən gələn bütün köməkliyi Azərbaycana göstərəcək.

“Sona qədər azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanındayıq. Buna heç kimin şübhəsi olmasın”, - deyə H. Akar vurğulayıb.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Xarici siyasət