USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

YAP Ermənistanın Gəncədə törətdiyi terror aktı ilə əlaqədar 50-dən çox siyasi partiyaya müraciət ünvanlayıb


https://img.baki-baku.az/news/2020/10/photo_1461.jpg

Yeni Azərbaycan Partiyası işğalçı erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərində baş verən terror aktı ilə əlaqədar 50-dən çox siyasi partiya və beynəlxalq təşkilata müraciət ünvanlayıb.

YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir:

“Məlumdur ki, 2020-ci il sentyabrın 27-də səhər saat 06-dan etibarən Ermənistanın hərbi qüvvələri 1994-cü ildən qüvvədə olan atəşkəs razılaşmasını kobud şəkildə pozaraq genişmiqyaslı hərbi əməliyyatlara başlamış, bütün təmas xətti boyunca Azərbaycanın mülki obyektlərini iriçaplı silahlardan və ballistik raketlərdən atəşə tutub. 27 sentyabr – 16 oktyabr arasında Ermənistanın silahlı qüvvələri döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Goranboy, Göygöl, Tərtər, Yevlax, Horadiz yaşayış məntəqələrini atəşə tutaraq qadın və uşaqlar daxil  olmaqla, 70-ə qədər mülki şəxsi qətlə yetirmiş, 200-dən çox mülki şəxsi yaralayıblar. Yaralananlar içərisində qadın və uşağın olması diqqət çəkir. Bu hücumlar nəticəsində minlərlə şəxsi evə, eləcə də sosial infrastruktur obyektlərinə və yaşayış binasına ciddi zərər dəyib. Bundan əlavə, işğalçı Ermənistanın hərbi qüvvələri bölgə üçün böyük enerji və irriqasiya əhəmiyyəti daşıyan Mingəçevir Su Elektrik Stansiyasını, Avropanın enerji təhlükəsizliyinin əsasını təşkil edən və regionun iri strateji obyektləri sayılan Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Ceyhan neft boru xətlərini hədəf kimi seçərək bombalayıblar. Qeyd olunan şəhərlərə və digər yaşayış məntəqələrinə qarşı qadağan olunmuş “9N235”, həmçinin “M85” bombalarından və “Kaset Sursatlar haqqında” Konvensiyaya (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlardan istifadə edib.

Eyni zamanda, Ermənistan hərbi-siyasi hakimiyyəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə digər ölkələrdən muzdlu terrorçular gətirilərək dinc azərbaycanlı əhaliyə qarşı istifadə olunub. Onlar beynəlxalq humanitar hüququn ən elementar normalarına məhəl qoymayaraq üzərində ağ bayraq qaldırılmış Azərbaycanın tibbi maşınlarını atəşə tutub.

Yeni Azərbaycan Partiyası hesab edir ki, tərəfləri daim atəşkəsə çağıran beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq hüquqa və humanitar atəşkəs prinsiplərinə zidd olan bu əməllərinə münasibət bildirməlidir. Humanitar atəşkəs rejiminin qüvvəyə minməsindən cəmi bir neçə saat sonra Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizin hədəfə alınması, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə qarşı son hücumlar Ermənistanın beynəlxalq ictimaiyyətə hörmətsizliyinin, eləcə də bu ölkə rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının göstəricisidir.

Ona görə də Yeni Azərbaycan Partiyası olaraq beynəlxalq qurumları, o cümlədən tərəfdaş siyasi partiyaları və beynəlxalq siyasi partiya təşkilatlarını Ermənistanın humanitar atəşkəsi pozan əməllərini və dinc əhaliyə qarşı hücumlarını qəti şəkildə pisləməyə çağırırıq”.

Müraciət Avropa Xalqları Partiyası, Mərkəzçi Demokrat İnternasionalı, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı, İslam Əməkdaşlıq Təşkilatı, Avronest Parlament Assambleyası, Milli Demokratiya İnstitutu, İqtisadi Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Türkiyənin Ədalət və İnkişaf Partiyası, “Yedinaya Rossiya” Partiyası, Çin Kommunist Partiyası, Ədalət Naminə Pakistan Hərəkatı, Yaponiya Liberal-Demokrat Partiyası olmaqla, ümumilikdə 50-dən çox siyasi partiya və beynəlxalq təşkilata ünvanlanıb.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Xarici siyasət