USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mustafa Şəntop Azərbaycana gəlir


https://img.baki-baku.az/news/2020/10/photo_1431.jpg

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti əsasında Azərbaycana səfər edəcək.

Bu barədə APA-nın yerli bürosuna TBMM-dən məlumat verilib.

Bildirilib ki, M. Şəntop və onun rəhbərlik etdiyi nümayəndə heyəti 18-20 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində Türkiyə parlamentinin sədri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.  

M. Şəntop 20 oktyabrda Azərbaycan Milli Məclisində çıxış edəcək.

“Bakıda keçiriləcək görüşlərdə Türkiyənin Azərbaycana dəstəyi bir daha ifadə olunacaq. Azərbaycan nə zaman və hansı məsələdə bizdən dəstək istəyərsə, lazımi köməklik etməyə hazır olduğumuzu bir daha bəyan edəcəyik. “Bir millət, iki dövlət" olaraq dərdimiz və sevincimiz birdir. Bölgədə sülhün, sabitliyin, ədalətin və beynəlxalq hüququn prinsiplərinin hökm sürməsi Türkiyənin yeganə məqsədidir”, - deyə Türkiyə parlamentindən bildirilib.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Xarici siyasət