USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın ABŞ-dakı səfiri “Washington Times”a müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb


https://img.baki-baku.az/news/2020/10/photo_1341.jpg

ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində səfir Elin Süleymanovun “ABŞ və digər böyük dövlətlər Ermənistanı təcavüzdən çəkindirməlidir” başlıqlı müsahibəsi dərc edilib.

APA-nın xəbərinə görə, jurnalistin Ermənistan-Azərbaycan münaqişəsində gərginliyin artmasının səbəbi ilə bağlı sualını cavablandıran səfir bildirib ki, son aylarda Ermənistan davamlı olaraq hərbi təxribatlara əl atıb və son gərginlik 12-14 iyulda Azərbaycanla beynəlxalq sərhəddə, Tovuz rayonu istiqamətindən ölkəmizə qarşı hücuma keçməsinin davamı kimi qiymətləndirilə bilər.

O bildirib ki,  Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən neft-qaz kəmərləri, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat infrastrukturu və hava dəhlizi məhz bu regionun yaxınlığından keçir. NATO Əfqanıstandakı kontingentini də bu tranzit bölgə vasitəsilə təchiz edir.

Səfir son hücumlar zamanı Ermənistanın mülki əhalinin yaşadığı yerləri artilleriya atəşinə tutması, dinc əhalini hədəf almasının təsadüfi olmadığını bildirərək, Ermənistan silahlı qüvvələrinin 1990-cı ilin əvvəllərində də total etnik təmizləmə həyata keçirmək məqsədilə məhz bu üsuldan istifadə etdiyini xatırladıb.

E. Süleymanov hazırda hərbi əməliyyatların Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində həyata keçirildiyini, Ermənistanın bu əraziləri işğal edərək regionda etnik təmizləmə apardığını qeyd edib. Onun sözlərinə görə beynəlxalq hüquqa əsaslanan həll yolu dayanıqlı sülhün bərqərar olması ilə nəticələnəcək. Bu, Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsiz şəraitdə birgə yaşamasına imkan yaradacaq. Bundan başqa, dayanıqlı sülh regionun bütün potensialından istifadə olunmasına kömək edəcək, Ermənistanın xarici asılılıqdan qurtularaq, region ölkələri  ilə inteqrasiya etməsinə şərait yaradacaq.

Səfir bildirib ki, tərəflər arasında dayanıqlı atəşkəsin əldə edilməsi üçün Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinə əməl edərək, öz silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasını təmin etməlidir.

Rusiya və Ermənistan müttəfiqliyi barədə sualı cavablandıran səfir qeyd edib ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazaları mövcuddur. Həmçinin Ermənistan Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın münaqişəyə birbaşa cəlb olunmasına ümid edərək, ölkəmizi təxribatlara təhrik etməyə çalışır. Səfir Türkiyənin bu münaqişəyə tərəf olmadığını, ölkəmizə yalnız diplomatik dəstək verdiyini də  diqqətə çatdırıb.

ABŞ-ın proseslərdə iştirakı məsələsinə toxunan səfir bildirib ki, ABŞ Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür: “Bu səbəbdən Vaşinqton hər iki beynəlxalq təşkilatın qərarlarının icra edilməsində, sülh planının həyata keçirilməsində maraqlı olmalıdır.

Bu gün ABŞ atəşkəs üçün və mülki əhalinin qorunmasına israrlı çağırışlar edir. Eyni zamanda sülhün bərqərar olması üçün onun daha fəal addımlarına ehtiyac duyulur. ABŞ ilk növbədə Ermənistanı Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində hərbi əməliyyatların dayandırılmasının, silahlı qüvvələrini işğal altındakı ərazilərdən çıxarmasının vacibliyinə inandırmalıdır”.

Müsahibənin tam versiyası ilə httpshttps://www.washingtontimes.com/news/2020/oct/7/elin-suleymanov-azerbaijan-envoy-says-big-powers-m/  internet səhifəsində tanış olmaq mümkündür.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Xarici siyasət