USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ISESCO Dağlıq Qarabağla bağlı bəyanat yayıb


https://img.baki-baku.az/news/2020/09/photo_1227.jpg

ISESCO Dağlıq Qarabağla bağlı bəyanat yayıb. Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, bu barədə ISESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasından bildirilib.

Təşkilatın yaydığı açıqlamada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son inkişaf dinamikasından, eləcə də arxeoloji, tarixi məkanların, bir neçə məscidin və müqəddəs yerlərin dağıdılmasına hədəflənən addımlardan narahatlıq ifadə olunur. 

Bildirilir ki, ICESCO münaqişə tərəflərini son dərəcə təmkinli davranmağa, dialoqa və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da daxil olmaqla, bir çox ölkə və beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş qərarlara əməl etməyi zəruri sayır.

ISESCO həmçinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini Ermənistana xatırladaraq tərəfləri beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, tarixi və mədəni hüquqlara hörmət etməyə, beynəlxalq humanitar yardımın bölgəyə maneəsiz daxil olmasına imkan verməyə və region ölkələri arasında barışıq, mehriban qonşuluq və konstruktiv əməkdaşlığı möhkəmləndirməyə çağırır.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Xarici siyasət