USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

MŞ sədri Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn toplantısına qatılıb


https://img.baki-baku.az/news/2020/08/photo_113.jpg

Avqustun 16-da Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn rejimdə növbəti toplantısı keçirilib. Tədbirdə üzv ölkələrdə pandemiya dövründə medianın durumu, jurnalistlərin ilk mənbədən informasiya almaları sahəsindəki vəziyyət və bu istiqamətdə görülmüş işlər barədə söhbət açılıb. Bununla bağlı Mətbuat Şurası tərəfindən məlumat yayılıbş.

Məlumatda bildirilib ki, MŞ sədri, Ümümdünya Mətbuat Şuraları Assosiasiyası sədrinin birinci müavini Əflatun Amaşov Azərbaycanda pandemiya dövrü xüsusiyyətlərinin media fəaliyyətinə təsirinə dair məruzə edib. O, məruzəsində deyib ki, koronavirus təhlükəsindən sığortalanmaq üçün ölkədə həyata keçirilmiş tədbirlər istər-istəməz jurnalistikaya da təsirini göstərib. Ancaq bu təsir digər sahələrdəkindən azdır. “Azərbaycanda indi xüsusi karantin rejimi davam edir. Bir çox məhdudiyyətlərin ehtiyatla da olsa, aradan qaldırılmasına gedilir. Ancaq mən deməzdim ki, mediaya məhdudiyyətlər olub. Müəyyən şərtlərə əməl etməklə jurnalistlər ölkə boyu fəaliyyətlərini həyata keçiriblər. Təbii ki, biz də öz tövsiyələrimizdə bildirmişdik ki, redaksiyalar mümkün qədər onlayn rejimdə çalışsınlar. Bu tövsiyəyə ciddi yanaşılıb. Lakin bir daha deyim, ümumən mediamız məhdudiyyətsiz fəaliyyət göstərib və ölkə həyatını dolğun şəkildə işıqlandırıb”, - deyə Ə.Amaşov vurğulayıb.

Toplantıda üzv ölkələrdə medianın koronavirusla bağlı yaranmış iqtisadi çətinlikləri ilə bağlı da söz açılıb. Durumun yaxşılaşdırılması istiqamətində görüləcək işlərə nəzər salınıb. Qərara alınıb ki, bununla bağlı Assosiasiya tərəfindən nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya müraciət ünvanlansın.

Qeyd edək ki, tədbirdə Ümumdünya Assosiasiyalar Birliyinin sentyabrın 17-18-də Cənubi Koreyanın paytaxtı Seuldan idarə olunacaq onlayn konfransında iştirak məsələləri müzakirə olunub. Sözügedən mötəbər qurumun toplantısında Ümumdünya Mətbuat Şuraları Assosiasiyasından məruzəçi qismində MŞ sədri Əflatun Amaşov da müəyyənləşdirilib.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Xarici siyasət