USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Səfirlərin geri çağırıldığı gün - TƏFSİLAT


https://img.baki-baku.az/news/2020/08/photo_111.jpg

Məlum olduğu kimi, Prezident İlham Əliyev bu gün imzaladığı iki Sərəncamla Azərbaycanın iki xarici ölkədəki səfirini geri çağırıb. Bunlardan biri  iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov idi. O Eldar Həsənov ki, onsuz da çağrılacağı gözlənilirdi. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçən həftə yaydığı məlumata görə, maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində şübhəli şəxs qismində tutulan Eldar Həsənovun barəsində həbs qətimkan tədbiri seçilib. 

Prezident tərəfindən vəzifəsindən geri çağırılan ikinci şəxs Gürcüstandakı səfirimiz Dursun Həsənovdur. Onun hansı səbəbə geri çağrıldığı barədə məlumat yoxdur. Cənab Həsənov 2017-ci ilin yanvarından bu postda vəzifəsinin icrasına başlayıb. 

Diqqəti ona çəkək ki, D.Həsənov hazırda Xarici İşlər Nazirinin müavini olan Ramiz Həsənovun qardaşıdır. Xarici İşlər Nazirliyi ətrafındakı qalmaqalda nazir müavininin də istintaqa çağrıldığı bildirilsə də, sonradan o, APA-ya açıqlamasında bunu təkzib etmişdi.

Qeyd edək ki, R.Həsənov, eləcə də D.Həsənov Gürcüstanın müxtəlif dairələrində, o cümlədən orada kompakt məskunlaşmış həmvətənlərimiz arasında kifayət qədər tanınan və qəbul edilən ciddi şəxslərdir. 

Onu da bildirək ki, dövlət başçısı tərəfindən Gürcüstana yeni təyin edilmiş səfir F.Quliyev də bu ölkənin mühiti üçün yad insan deyil. Nəzərə alaq ki, F.Quliyev 2018-ci ilin martında Prezidentin Sərəncamı ilə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini təyin edilməzdən öncə “SOCAR Energy Georgia” MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb.

 




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Xarici siyasət