USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türkiyə Səfirindən erməni nazirin ittihamına cavab: “Öncə işğala son qoysunlar...” - EKSKLÜZİV


https://img.baki-baku.az/news/2020/09/photo_1057.jpg

“Türkiyə və Ermənistan arasında sərhədlərin bağlı olmasının çox mühüm bir səbəbi var. Bu səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir”. Bunu “Baki-Baku.az”a eksklüziv açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Türkiyənin 30 ildir Ermənistanın dənizə çıxışdan məhrum etməsinə dair fikirlərinə münasibət bildirərkən deyib.

Səfir E.Özoral bildirib ki, Türkiyə zamanında Ermənistanı ilk tanıyan ölkələrdən biri olub. “Türkiyənin Ermənistanla sərhədləri də açıq idi. Ancaq Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra Türkiyə sərhədlərini bağladı. İndi Ermənistan Türkiyəni onu dənizə çıxmaq imkanından məhrum etməkdə günahlandırır. Ancaq özü bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün yurdlarına dönməsini əngəlləyir. Öncə işğala son qoysunlar, işğalçılıq bitsin, bölgədə qonşularla birgə yaşamağı öyrənsinlər. Bundan sonra biz onlara əlimizi artıqlaması ilə uzadarıq”, - deyə səfir fikrinə aydınlıq gətirib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan inkişaf etmiş ölkələrin nazirlərinin dünən keçirilmiş onlayn görüşündə blokadalar və məhdudiyyətlərdən söz açarkən bildirib ki, Türkiyə artıq 30 ildir quru sərhəddini bağlamaqla Ermənistanın dənizə çıxış hüququnu inkar edir.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Xarici siyasət