USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın və Gürcüstanın xarici işlər nazirlərinin görüşü ÖNƏMLİ MESAJLAR


https://img.baki-baku.az/news/2020/09/photo_1056.jpg?v=MjAyMC0wOS0yNCAxNToxNzo1Mw==

“Ermənistan rəhbərliyi regionda vəziyyətin alovlanmasına xidmət edən bəyanatlar verir”

“Ermənistanın Azərbaycanın ərazilərinə təcavüzü nəticəsində Dağlıq Qarabağ və 7 ətraf rayon işğal olunub. Ermənistan bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Ermənistan rəhbərliyi regionda vəziyyətin alovlaAznmasına xidmət edən bəyanatlar verir: “Bizim yanaşmamız beynəlxalq normalara əsaslanır, BMT və digər təşkilatların qərar və yanaşmalarının həyata keçirilməsini tələb edir. Hesab edirəm ki, regionda sülh üçün dövlətlər işğal siyasətinə son qoymalı, məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Məqsədimiz tərəqqi və regionun inkişafına xidmət etməkdir. Həyata keçirdiyimiz layihələr məhz bu istiqamətə xidmət edir”.

C.Bayramov onu da bildirib ki, Azərbaycan və Gürcüstan xalqları hər zaman mehriban qonşuluq şəraitində yaşayıblar. Dövlətlərimiz hər zaman müstəqillik yolunda birgə addımlayıblar, bir-birini dəstəkləyiblər. “Bu dəstək bu gün də ikitərəfli və çoxtərəfli platformalarda davam edir. Azərbaycan-Gürcüstan əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşı və investorlarından biridir. Ölkələrimiz beynəlxalq səviyyəli enerji resurslarının, enerji mənbələrinin şaxələndirilməsində böyük rol oynayır”, - deyə Azərbaycan XİN başçısı qeyd edib.

C.Bayramov dövlətlərarası əlaqələrin gücləndirilməsində humanitar əlaqələrin artırılmasının xüsusi önəm kəsb etdiyini deyib və görüşdə bu məsələnin də üzərində dayanıldığını bildirib. 

“BMT BA-nın iclasında Azərbaycanın Gürcüstanı dəstəkləməsini yüksək qiymətləndiririk”

“Gürcüstan və Azərbaycan arasındakı tərəfdaşlıq əlaqələri unikal xarakter daşıyır və əminəm ki, bu əlaqələr daha yüksək səviyyəyə qalxacaq”. Bu fikirləri Gürcüstanın Xarici İşlər naziri D.Zalkaliani bildirib.

“Ölkələr arasında tərəfdaşlıq əlaqələri ildən ilə genişlənir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Bu, beynəlxalq formatda da dəstəklənilir. Həmçinin son BMT Baş Assambleyasının (BA) iclasında Azərbaycanın Gürcüstanı dəstəkləməsi bizim üçün çox mühümdür və bunu yüksək qiymətləndiririk”, - deyə Gürcüstan XİN başçısı vurğulayıb.

 

“Sərhədlərin delimitasiyası pandemiya ilə əlaqədar bir qədər uzandı"

Azərbaycanın xarici işlər naziri C.Bayramov Gürcüstanla dövlət sərhədinin delimitasiya məsələlərinin üçdə ikisinin başa çatdırıldığını, mövcud istiqamətdə müzakirələrin davam etdirildiyini dilə gətirib. O qeyd edib ki, ekspertlərin sərbəst hərəkəti üçün münbit şərait olmalıdır.

D.Zalkaliani Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin delimitasiyası məsələsinə toxunarkən bildirib ki, bu proses pandemiya ilə əlaqədar bir qədər uzandı. "Əminəm ki, pandemiya başa çatdıqdan sonra bu situasiyadan çıxacağıq və hər iki ölkə üçün məqbul qərarlar qəbul ediləcək”, - deyən gürcü nazir əlavə edib ki, “Azərbaycan və Gürcüstan arasında əlaqələrin səviyyəsi düşməyib. Bizim iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələrimiz davam edir. Biz öz azərbaycanlı tərəfdaşlarımızdan razıyıq". 

Gürcü nazir görüşdə “Keşikçidağ” haqqında da müzakirə aparıldığını da dilə gətirib. "Təəssüf ki, keçən il bir sıra insident oldu, amma vəziyyət sonradan müsbətə doğru dəyişdi”, - deyən D.Zalkaliani ziyarətçilərin artıq “Keşikçidağ”a gedib-gələ bildiklərini dilə gətirib. Nazir həmçinin dövlət sərhədinin delimatasiyası ilə məşğul olan komissiyanın üzvlərinin yeniləndiyini, ekspertlərin yeni qərarlarının qəbul edildiyini diqqətə çatdırıb: “Artıq tanış olmaları üçün Azərbaycan tərəfinə bu sənədləri çatdırmışıq. Bu prosesin yeni baxışla idarə edilməsi üçün əlimizdən gələni edirik. Onu da qeyd edim ki, 2006-2007-ci illərdə razılıq əldə etdiyimiz bəzi qərarları dəyişə bilərik”.

D.Zalkalian Azərbaycanın Qax rayonunda gürcü məktəbinin təmir olunmasını da yüksək qiymətləndirib: “Azərbaycan Prezidentinin bu qərarını yüksək dəyərləndiririk. Əminik ki, bu cür addımlar əlaqələrimizin daha da yüksəlməsinə töhfə verəcək”.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Xarici siyasət