USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Husilər qlobal ticarətə qarşı


https://img.baki-baku.az/news/2023/12/photo_10234.jpg

Aparıcı gəmiçilik şirkətləri Yəmən husilərinin hücumlarına görə Qırmızı dənizdə yük daşımaqdan imtina edirlər. Mütəxəssislərin fikrincə, proses belə davam edərsə, gələn il dünya ticarəti ciddi itkilərlə üzləşəcək.

Yəmən husilərinin hücumlarının artması səbəbindən Süveyş kanalı ilə konteyner daşımalarını dayandıran gəmiçilik şirkətlərinin sayı artır. Dekabrın 16-da Fransanın CMA CGM nəqliyyat qrupu da sözügedən dəniz yolundan istifadə etməyəcəyini açıqlayıb. Qrup kommersiya gəmilərinə edilən hücumlardan narahat olduğunu, bölgədəki vəziyyətin “pisləşməkdə davam etdiyini və təhlükəsizlik narahatlıqlarının artdığını” bildirib. Qərar “sonrakı bildirişə qədər” qüvvədə qalacaq.

Bundan əvvəl oxşar qərar dünyanın ən böyük konteyner gəmilərinə malik İsveçrənin “Mediterranean Shipping Company” tərəfindən də verilmişdi. Şirkət bəzi gəmilərini Afrikanın cənubundakı Ümid burnu (Cənubi Afrikanın cənubunda, Kap yarımadasının cənubunda burun, Afrika qitəsinin ən ucqar cənub qərb nöqtəsidir-red.) ətrafındakı marşrutlara yönləndirəcəyini bildirmişdi. Bir gün əvvəl Süveyş kanalı ilə daşımanı Danimarkanın gəmiçilik və logistika şirkəti Moller-Maersk Group və Almaniyanın Hapag-Lloyd şirkətləri də dayandırmışdılar.

Xatırladaq ki, dekabrın 15-də husi üsyançıları MSC Palatium III yük gəmisini ballistik raket ilə vurmuşdular. Şirkət ekipaj üzvlərinin xəsarət almadığını, lakin gəminin yanğına məruz qaldığını bildirmişdi. Bundan əvvəl Liberiya bayrağı altında üzən Al Jasrah konteyner gəmisinə də hücum edilmişdi. Husilər deyirlər ki, onların hücumları İsrailin Qəzza zolağındakı hərbi əməliyyatına son qoymaq məqsədi daşıyır. Onlar daha əvvəl HƏMAS-ın nəzarətində olan eksklavda “İsrail-Amerika təcavüzünə” cavab olaraq Qırmızı dənizdəki istənilən İsrail gəmisinə hücum etmək niyyətlərini açıqlamışdılar.

“Financial Times” yazır ki, husilərin hərəkətləri, eləcə də digər əsas gəmiçilik kanalı olan Panama kanalında suyun səviyyəsinin aşağı düşməsinə səbəb olan quraqlıq səbəbindən Milad bayramından əvvəl bütün dünyaya malların çatdırılması dayandırıla bilər. İxrac və Beynəlxalq Ticarət İnstitutunun baş direktoru Marko Forgionenin sözlərinə görə, tədarük zəncirinin davamlılığı təmin olunmazsa, gələn il ərzində problemlər yaranacaq. “Associated Press” qeyd edir ki, qlobal ticarətin təxminən 10 faizi Qırmızı dənizdən keçir. Analitiklər yük daşımalarının qiymətinin bahalaşacağını gözləyirlər, çünki şirkətlər husilərin fəaliyyət zonasında yerləşən marşrutları ləğv edir, dolama yollarla daşıma isə daha çox vaxt aparır.

Analitiklər deyirlər ki, böyük dövlətlər vəziyyətə təcili müdaxilə etməlidirlər, əks təqdirdə, qlobal ticarətin itkiləri artacaq. Britaniya hakimiyyəti artıq ticarət gəmiçiliyini qorumaq üçün bölgəyə esmines göndərəcəklərini açıqlayıb. Almaniyada da freqatın göndərilməsi imkanları araşdırılır. ABŞ-ın da husilərin hərbi hədəflərinə cavab verə biləcəyi vurğulanır.

S.ELAY




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səbuhi MƏMMƏDOV