- Siyasi təhlil
- 09:20 01.12.2023
Bu gün Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsindən 5 il ötür.
APA-nın xəbərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva 21 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezident təyin edilib.
Azərbaycanda Birinci vitse-prezidentlik institutunun yaradılması Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildə həyata keçirilmiş Konstitusiya islahatlarının mühüm tərkib hissəsi olub.
Konstitusiya islahatlarının əsas məqsədi ölkədə dövlət idarəçiliyini təkmilləşdirmək və demokratik dəyişikliklərin səmərəli surətdə həyata keçirilməsinə hüquqi zəmin hazırlamaq idi.
Mehriban Əliyeva Birinci vitse-prezident kimi əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli üzərində cəmləşdirib. Şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin qayğıları daim onun diqqət mərkəzindədir.