- İqtisadiyyat
- 17:47 03.10.2023
Bəşəri dəyərlərin, milli duyğuların, azərbaycançılığın vəhdəti və bu vəhdətin dünyaya nümunə olaraq təqdimatı. Bu təqdimatın mərhəmət və insanpərvərliklə çulğalaşaraq azərbaycanlının, Azərbaycan qadınının bütöv obrazının yaradılması. Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın həyat və fəaliyyətini xarakterizə edərkən məhz bu məqamların üzərində dayanır, müəyyən ümumiləşdirmələr aparırım.
Mehriban xanımın Azərbaycanımız üçün gördüyü işlərin diapazonu çox böyükdür. Böyüklük isə hər zaman xüsusilikdir, daha doğrusu məxsusilikdir. Bəli, Mehriban xanım hər kəsin düşüncəsindəki məxsusi simadır. Bu simanı vurğulayan bir cəhət də var - nəciblik. Elə bilirəm ki, onun nəcibliyini, kübarlığını vurğulayan özəlliklər hər bir azərbaycanlının yaddaşına əbədi hakim kəsilmiş nümunəvi reallıqdır. Bu reallıq isə tarixdir. Heç şübhəsiz, məhsuldar insan yaşa dolduqca, püxtələşdikcə tarixi daha da zənginləşdirir. Bu mənada Mehriban xanım həm də tariximizi zənginləşdirən simadır. O, özü tarix yaradan obrazdır. Qalır bu obrazı hər zaman gümrah, Vətənimiz Azərbaycan üçün çarpışan, fədakarlıqlara qatlaşan görmək diləyimiz. Doğum günləri diləklərimizin ifadəsi üçün fürsətdir, imkandır. Mən bu imkandan faydalanmağı, təbriklərimi, ən xoş arzularımı çatdırmağı həm də mənəvi borc sayıram.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, bitib-tükənməyən uğur və nailiyyətlər arzulayıram.