USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mehriban Əliyeva: dəyərlərin əyarı


https://img.baki-baku.az/news/2021/02/photo_3037.jpg

Dəyərlərin əyarı olmaq, varlığı ilə insanın olduğu, insanlığın öldüyü dünyada Dirilik Suyuna dönmək olmur. Milli dövlətçilik tariximizi zinətləndirən, qüdrəti, əzəməti, əyilməz xaraktri, sonsuz Vətən sevgisi ilə ruhumuzun Dirilik Suyuna dönənlərdəndir Mehriban xanım! Taleyin Azərbaycan üçün Tanrı payı olan bu qüdrətli Şəxsiyyət ölkənin Birinci Vitse-prezidenti, UNESKO və İSESKO kimi beynəlxalq nüfuzlu təşkilatların xoşməramlı səfiri, Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, Heydər Əliyev Fondunun Prezidenti kimi ümumbəşəri dəyərlərə, humanist prinsiplərə, sivilizasiyaların və mədəniyyətlərin dialoquna töhfələr verən bir Lider kimi o, Şərqin və Qərbin ortaq dəyərlərinə açılan bir Pəncərədir!

Ədalət, cəsarət, ləyaqət, əzəmət, məhəbbət və mərhəmət kimi ali keyfiyyətləri tək bir ünvanda: Mehriban adında birləşdirən xanım Mehriban Əliyeva ötən əsrin 90-cı illərində qədəm qoyduğu siyasi aləmə sübut etdi ki, dünyanı təkcə gözəllik və məhəbbət deyil, məhz kamillik və mərhəmət xilas edə bilər. Düz 30 ildir sivilizasiyaları, mədəniyyətləri dialoqa, ümumbəşəri dəyərlərə, humanist prinsiplərə səsləyən, təkcə səsləməyən, eyni zamanda bu istiqamətdə mühüm beynəlxalq layihələrə imza atan, konfrans, simpozium və humanitar forumlar təşkil edən, tikdikləri, qurduqları, təməllərini atdıqları ilə haqqa, ədalətə, İNSANLIĞA töhfədə bulunan xanım Əliyeva hər halı, xəyalı, düşüncəsi, analitik təfəkkürü, ensiklopedik biliyi, ən əsası BÖYÜK ÜRƏYİ  ilə bəşəriyyətə sübut etdi ki, bizim bir dünyamız var, ayrıca evimiz olmadığı kimi, ayrıca dərdimiz, qayğımız da yoxdur. Yoxdan var olmaq, zülmətdə nura çevrilmək, bütün problemləri həll etmək üçün haqqı əməlimizdə, gerçəyi vicdanımızda axtarmalıyıq!

Tanrı evləri tikən, quran, fəqət Tanrını dilindən, dinindən, siyasi və milli mənsubiyyətindən asılı olmayaraq həqiqəti söyləyən insanların amalında və əməlində axtaran, dünyaya Məhəbbətin və Mərhəmətin gözü ilə boylanan Mehriban xanım Əliyeva dörd illik Birinci Vitse-prezidentlik dönəmində də sübut etdi ki, o, siyasətdə olsa da, siyasi adam deyil. Silahları kitabların əvəz edəcəyinə inanır. O, həm də dünyanın insanlıq, yaxşılıq, xeyirxahlıq, mərhəmət, məhəbbət adlı “dinə” gələcəyinə inanır. Son anda haqlı, Haqqın yanında olan zəfər çalır!

O, bu dünyaya sevməyə, sevindirməyə, könüllərdə köç əyləməyə gəlib. Könüldə, Sarayda Sultan olaq onun alın yazısı, Tanrıdan tale payıdı. Qobustanın qayaüstü abidələri, İçərişəhər, Şirvanşahlar saray kompleksi, Azərbaycan muğamı, Azərbaycan çörəyi, saz, ney, Novruz bayramı kimi müqəddəsliklərimiz məhz onun adı, əməli, mübarək imzası ilə dünyanın maddi-mədəniyyət inciləri sırasına daxil olub. Babası Mir Cəlalın “Bir gəncin manifesti”ndəki Baharımızdır Mehriban xanım! O, həm də babasının yada satmadığı “Yusif-Züleyxa”mızdı! Səsi ümumbəşəri dəyərlər xəzinəsindən gəlir. Könlünün Sultanı ilə Azərbaycan Bayrağını Xudafərin körpüsündə dalğalandıran, ana babası Nəsir İmanquliyevin Güney Azərbaycan nisgilinə son qoyan, əllərini Arazda suya çəkən bütöv Azərbaycan sevdamızdır Mehriban xanım! Qarabağ atlarını, Çövqan oynunu milli atribut, Qarabağın simgəsi kimi dünyada tanıtdıran, Nizaminin, Üzeyir bəyin, Natəvanın abidələrini müxtəlif ölkələrdə ucaltdıran qüdrətli bir Şəxsiyyətin, sarayımızın Baş Xatunun haqqı idi Ağdam Cümə məscidində, Gövhər ağa məscidində əllərini Dərgaha açmaq, Xarıbülbülə, Sarıbülbülə dönmək, “Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ!” nidası ilə Natəvanın, Üzeyir bəyin, Bülbülün Şuşa qalasına, öz yurduna dönən abidələrinin üzündən qəmin niqabını qaldırmaq, nigaran ruhlarını sevindirmək, Cıdır düzündə sinədolusu nəfəs almaq!

Onun bir İnsan, Lider olaraq mənəvi dünyasını və dühasını zinətləndirən müqəddəslər və müqəddəsliklər var: Mir Cəlal səmimiyyəti, Nəsir İmanquliyev əyilməzliyi, akademik Arif Paşayev ucalığı, professor Aida İmanquliyeva zərifliyi, Ulu öndər Heydər Əliyev əzəməti, akademik Zərifə Əliyeva mərhəməti.  O, dünya dövlətləri və xalqları üçün Odlar Yurdu Azərbaycan adlı qalib ölkənin Birinci Vitse-prezidenti, Birinci Xanımdır. Rəsmi şəkildə hər bir Azərbaycanlı üçün də belədir. Onu bir Lider, İnsan, Birinci xanım, Ana və Nənə kimi xalqa sevdirən keyfiyyətləri çox, olduqca çoxdur! Hər bir qüdrətli kişinin arxasında bir qüdrətli qadın dayanır hikmətinə tapınan xalqımız Prezident cənab İlham Əliyevin Şuşa qalasında dalğalandırdığı üçrəngli bayrağın hilalında Müzəffər Ali Baş Komandanımızın, onun zümrüd qaşında – Ulduzunda Mehribanımızın – Baş Xatunumuzun əzəmətini görür! Sevinir, qürur duyur! 44 günlük haqq davamız, Zəfər, Qələbə Memarımız bir daha sübut etdi ki, biz bir millət, xalq olaraq yaddaşımızla, dəyərlərimizlə yaşayırıq. Bütöv Ailə, sonsuz sevgi, hörmət və məhəbbət bax, budur bizim kiçik və böyük Dövlət Modelimiz!

Dörd il öncə, fevralın 22-də Prezident cənab İlham Əliyevin aldığı qərar onun BÖYÜKLÜYÜNÜN dünyaya nümayişi oldu. SİZ BİRLİKDƏ GÜCLÜSÜNÜZ! deyib, onlara tale yazan Tanrının səsinə həmin gün səs vermişdi cənab Prezident: BİZ BİRLİKDƏ GÜCLÜYÜK! Bununla milli dövlətçilik tariximizdə Birinci Xanım İnstitutu Birinci Vitse-prezident İnstitutu ilə qovuşmuşdu! Qorqut Ata boy boylayıb, soy soylamışdı: Qaba Ağacınız qırılmasın, axar sularınız qurumasın!

Şərəf Cəlilli




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Şərəf Cəlilli