USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

SPECA İqtisadi Forumu başa çatıb


https://img.baki-baku.az/news/2023/11/photo_9803.jpg

“SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forumun son sessiyası “SPECA 25 ildə və növbəti 25 ilə baxış” mövzusunda təşkil edilib.

Sessiyanın moderatoru, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin vurğulayıb ki, SPECA fəaliyyətə başlayandan indiyədək proqramın iştirakçısı olan ölkələr iqtisadi inkişaf yolu keçib, iqtisadi göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib. Onun sözlərinə görə, proqram ölkələrinin davamlı iqtisadi artımı üçün rəqəmsal transformasiya, təchizat zəncirində problemlərin aradan qaldırılması, gender bərabərliyinə diqqətin artırılması, “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsi və s. həllini tapmalıdır. Sessiyada qlobal ekoloji problemlər, SPECA ölkələrinin strateji perspektivləri və prioritet istiqamətləri barədə müzakirələr aparılıb.

“SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forumunun yekununda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli SPECA ölkələrinin nümayəndə heyətlərinə səmərəli müzakirələrə və tədbirin işində fəal iştiraka görə təşəkkürünü bildirib, forumda səsləndirilən təklif və tövsiyələrin regional iqtisadi əməkdaşlığa fayda verəcəyini deyib.

SPECA İqtisadi Forumunun yekunu olaraq “Nəticələr və tövsiyələr” sənədi səsləndirilib.

Forumun iştirakçıları Baku Ekspo Mərkəzində təşkil edilmiş “SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgini ziyarət ediblər.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat