USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın qeyri-neft sektoru ixracı 11,1 faiz artıb


https://img.baki-baku.az/news/2023/11/photo_9538.jpg

2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 29,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz artaraq 2,7 milyard ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın noyabr sayı xəbər verir ki, yanvar-oktyabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 706,9 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin ilk 10 ayı ərzində spirtli və spirtsiz içkilərin, elektrik enerjisinin ixracı 2,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 24,6 faiz, qara metallardan məmulatların ixracı 19,8 faiz, meyvə-tərəvəz ixracı isə 11,5 faiz artıb.

Həmin dövr ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,2 faiz artaraq 733,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 162,7 milyon ABŞ dolları olub.

Cari ilin oktyabr ayının qeyri-neft ixracı 15,4 faiz artaraq 278,2 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 24,1 faiz artımla 90,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 11,6 faiz artımla 187,7 milyon ABŞ dolları təşkil edib.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat