USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb


https://img.baki-baku.az/news/2023/10/photo_9402.jpg

Bu il Azərbaycandan Türkiyəyə ixrac olunan təbii qaz 2022-ci ilin analoji dövrü ilə müqayisədə 74,04 faiz artaraq 538,79 milyon kubmetrdən 937,70 milyon kubmetrə çatıb.

Bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsi (EPDK) məlumat verib. Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyəyə təbii qaz ixracının həcminə görə ikinci yer tutub.

Məlumatda qeyd olunur ki, bu ilin avqust ayında Türkiyəyə ən böyük qaz ixracçısı təqribən 2270 milyard kubmetrlə Rusiya olub. Bu göstərici 2022-ci ilin analoji dövrü ilə müqayisədə 7,42 faiz çoxdur.

Üçüncü yerdə 399,84 milyon kubmetr göstərici ilə Əlcəzair dayanıb. Bu göstərici 2022-ci ilin analoji dövrü ilə müqayisədə 35,02 faiz çoxdur.

2022-ci ilin avqust ayı ilə müqayisədə Türkiyənin boru kəmərləri ilə qaz idxalı 7,74 faiz azalıb, MTQ idxalı isə 35,02 faiz artıb. (TREND)

Anar ƏLİ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat