USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dünya mediasının nümayəndələri Pekinə toplaşıblar


https://img.baki-baku.az/news/2023/10/photo_9097.jpg

Çinin paytaxtı Pekində “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Media Əməkdaşlıq Forumu keçirilib.

 Foruma dünyanın 60-dan çox ölkəsindən media nümayəndələri qatılıblar.

“Bir kəmər, bir yol” təşəbbüsünə qatılan ölkələrin KİV-lərinin təmsilçilərinə layihənin başladığı son 10 ildə həyata keçirilən tədbirlər, əldə edilən nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, Çin son 10 ildə Avrasiya regionunda, eləcə də dünyada yeni reallıq yaratmağa nail olub.

Tədbirdə çıxış edənlər Çinin “Bir kəmər, bir yol” layihəsinə dəstək verən ölkələrin media qurumlarının bu sahədə fəaliyyətlərinin bundan sonra daha da genişləndirilməsi ilə bağlı bir çox təklif və fikirlər səsləndiriblər. Həmçinin bu Forumun Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün vacib rol oynadığını, ilk növbədə, media sahəsində əməkdaşlıq, qarşılıqlı informasiya mübadiləsi üçün yaxşı platforma olduğu diqqətə çatdırılıb.

Sonda “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verən ölkələrin KİV nümayəndələrinə “İpək yolu” mükafatı təqdim olunub.

Qeyd edək ki, Azərbaycanı Forumda Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) təmsil edib.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat