USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

BP gənc sahibkarları himayə edir


https://img.baki-baku.az/news/2023/10/photo_8974.jpg

BP şirkəti və tərəfdaşlarının ölkəmizin Qərb bölgəsində həyata keçirdikləri sosial proqramlardan biri də də “Kənd yerlərində gənc sahibkarlara dəstək layihəsidir. Bu layihə biznesin inkubasiyası modelinin tətbiqi vasitəsilə kənd yerlərində yaşayan gənc sahibkarlara dəstək məqsədi daşıyır. BP-nin Samuxa təşkil etdiyi mediaturda bu barədə ətraflı məlumat verildi.

Qeyd olundu ki, layihənin 2021-ci ilin aprelindən 2022-ci ilin sentyabrınadək davam edən birinci mərhələsində Samux, Goranboy və Şəmkir rayonlarından seçilmiş 30 nəfər gəncə biznes qurulması və idarə olunması məqsədilə təlim keçirilib. Həmin müddətdə  29 biznes plan işlənib hazırlanıb. İş quranlar lazımi avadanlıqlarla təmin edilib. Bildirildi ki, 16 ay davam edən bu mərhələ çərçivəsində BP və tərəfdaşları tərəfindən 205 min 50 manat vəsait xərclənib.

Ötən müddətdə əldə edilən uğurlu nəticələr layihənin davamlı olması üçün yaxşı zəmin yaradıb. Buna görə də cari ilin fevral ayında layihənin  ikinci mərhələsinə start verilib. Layihənin növbəti mərhələsi ilə bağlı media nümayəndələrinə məlumat verilərək bildirildi ki, ötən müddətdə Samux, Goranboy,  Ağdaş və Yevlax rayonlarından olan 65 nəfərə biznesin qurulması və idarə olunması üçün təlim keçirilib. Hər bir gənc sahibkara 4 min manatlıq avadanlıq verilib. Bundan əlavə, 7 aylıq mentorluq dəstəyi göstərilib. Gələn ilin oktyabrınadək davam edəcək iknci mərhələ üçün isə 495 min 285 manat  vəsait ayrılıb.

Mediatur çərçivəsində kütləvi informasiya vasitlərinin nümayəndələri Samux rayonunun Lək kəndində “Kənd yerlərində sahibkarlığa dəstək” layihəsinin iştirakçısı sahibkar Elmir Vəliyevin avtomobil təmiri məntəqəsinə baxış keçirdilər.

“Kənd İnkişafına Dəstək” İctimai Birliyinin sədri Sübhan Əsgərov layihə barədə fikirlərini jurnalistlərlə bölüşdü: ­– BP və tərəfdaşlarının həyata keçirdiyi bu layihə kənd yerlərində yaşayan imkanları az, amma məşğulluğa çox meyilli olan gəncləri seçib onlara buzneslərini qurmağa və davamlı gəlir əldə etməyə hərtərəfli dəstək göstərmək baxımından təqdirəlayiqdir. Layihənin bir özəlliyi də ondadır ki, reallaşdırıldığı ilk gündən sahibkarın bütün fəaliyyəti diqqətlə izlənilir, donor təşkilat sonadək onun yanında olur.

Seçim prosesinə gəldikdə isə, S.Əsgərov bildirdi ki, bu işdə kəndin bələdiyyəsi, icra nümayəndəliyi və yerli icmanın fəallarının köməyindən istifadə olunur: –Məhz onların təqdim etdikləri siyahı əsasında fəal, məşğulluğa meyilli gənclər müəyyən olunaraq imkanları öyrənilir. Bundan sonra donor təşkilatımız olan BP və tərəfdaşları ilə razılığa gəlindikdən sonra həmin gənclər təlimlərə cəlb olunur. Təlim prosesində gənclərə buznesin keçirilməsi, maya dəyərinin hesablanması, işin aparılması metodları və s. öyrədilir. Bütün bunlar donor tərəfindən təsdiqləndikdən sonra benefisarlara biznes planların hazırlanmasında lazımı kömək göstərilir, gənclərə peşələr üzrə xüsusi təlimlər keçirilir.

Hazırda kənd yerlərində elə gənclər var ki, işi bilir, amma köhnə avadanlıqlarla istədiyinə nail ola bilmir. Bacarığı, peşə vərdişləri olan həmin gənclərin yeni avadanlıq almağa isə imkanları yoxdur. BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə son dərəcə motivli olan  gənclər layihəyə qoşulduqdan sonra bizneslərini genişləndirib yaxşı nəticələr əldə ediblər.

Layihənin regional meneceri Xudayar Gülmalıyev isə bildirdi:–Kənd yerlərində gənc sahibkarlara dəstək” layihəsinin 9 aylıq birinci mərhələsi çərçivəsində heyranedici nəticələrə imza atılıb. Onun dediyinə görə, layihənin ilk mərhələsinin əhatə etdiyi rayonların 7 bələdiyyəsi üzrə 9 kənddən seçilmiş 30 nəfər benefisarın əksəriyyəti gənclər olmaqla 11 nəfəri qadın, 19 nəfəri isə kişilərdən ibarət olub. BP-nin mütəxəssisləri tərəfindən seçim prosesi yoxlanıldıqdan sonra layihənin icrasına başlanılıb. Layihə menecerinin sözlərinə görə, artıq 30 gənc benefisar il yarımdır ki, biznes sahəsində uğurla fəaliyyət göstərir. “Ən maraqlısı isə odur ki, öz istəklərinə uyğun olaraq kənd təsərrüfatı sahəsini seçən 17 nəfər sahibkara Avstriya cinsi sayılan simmental sortundan olan inəklər verilib. Həmin heyvanların hamısı balalayıb. Hər biri də minimum 15 litr süd verir. Hətta 1 yaşlı balanın çəkisi 440 kiloqrama çatır. Bu isə, heyvandarlıq sahəsində bir nümunədir”–deyə o əlavə etdi.  

Elmir Vəliyev isə bildirdi ki,  uşaqlıqdan ən böyük arzusu maşın ustası kimi fəaliyyət göstərmək olub. Ordudan qayıdandan sonra atasının yanında maşın təmiri ilə məşğul olan gənc Elmirin maşın təmiri üçün nə münasib yeri olub, nə də lazımi avadanlıqları. Amma BP şirkətinin həyata keçirdiyi “Kənd yerlərində gənc sahibkarlara dəstək” layihəsi onu qısa müddətdə arzusuna qovuşdurub. Elmir bələdiyyə sədrindən layihə haqqında məlumat alan kimi ona qoşulmaq qərarına gəlib. Gəncədə 5 günlük təlim keçdikdən sonra maşın təmiri üçün vacib olan avadanlıqları əldə edib.

Gənc sahibkar dedi ki, BP-nin ölkəmizdə reallaşdırdığı sosial layihələrdən az-çox məlumatı olduğundan həmin avadanlıqlarla təmin olunacağına ilk gündən əmin olub. İndi özü və köməkçisi bu layihədən yararlanaraq əməlli-başlı qazanc əldə edirlər. Buna görə BP və tərəfdaşlarına minnətdarlığını bildirən Elnur usta gələcəkdə biznesini daha da genişləndirməkdə israrlıdır...

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ