USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

BP “Şirin qızıl” layihəsini davam etdirir

Şirkətin dəstəyi ilə Samuxda ilk bal ormanı yaradılıb


https://img.baki-baku.az/news/2023/10/photo_8912.jpg?v=MjAyMy0xMC0xMiAxMDo0Mjo1MQ==

Azərbaycanın neft-qaz sənayesində bir sıra dünya səviyyəli layihələrin operatoru olan BP şirkəti ölkəmizdə fəaliyyət göstərdiyi 31 il ərzində mühüm sosial proqramların təşəbbüskarı və iştirakçısı kimi çıxış edib. Ötən müddətdə şirkət özünün “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, eləcə də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Cənubi Qafqaz qaz boru kəmərləri layihələri çərçivəsində ümumi dəyəri, təqribən, 109 milyon dollar olan çoxsaylı sosial proqramlar icra edib. Həmin layihələr yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, eləcə də ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəldilməklə, həm də məşğulluğun təminatına mühüm töhfələr verir.

Şirkətin tərəfdaşları ilə birlikdə Samux, Goranboy və Yevlax rayon­larında reallaşdırdığı “Şirin qızıl” la­yihəsi bu baxımdan xüsusi maraq doğurur. Xatırladaq ki, layihə ölkədə arıçılığın inkişafına dəstək vermək məqsədi daşıyır. Arıçılıq sahəsində ailə biznesi yaratmaqla və ölkədə ilk dəfə olaraq bal meşəsi salmaqla ic­malarda dayanıqlı gəlir imkanlarının artırılmasını nəzərdə tutan layihə 2017–2021-ci illər ərzində iki mər­hələdə həyata keçirilib. Sözügedən layihəyə, ümumilikdə, 2 milyon 798 min dollar vəsait xərclənib. Həmin vəsait hesabına Yevlax, Goranboy, Samux, Şəmkir, Ağstafa və Tovuz rayonlarında, ümumilikdə, 530 icma üzvü seçilib. Öz şəxsi arıçılıq bizne­sinə başlaması və onu idarə etməsi üçün arıçılar zəruri avadanlıqlarla təmin edilib, onlar təlim, bacarıqlar, davamlı məsləhət xidməti və moni­torinq dəstəyi ilə əhatə olunublar.

Həmin arıçılara 6 mindən çox arı yeşiyi verilib. Arıçılara verilən hərtərəfli dəstək və arı ailələrinə göstərilən yüksək qulluq nəticəsiz qalmayıb. Çəkilən zəhmət öz bəhrə­sini verib. Təkcə onu qeyd etmək ki­fayətdir ki, 2018-2020-ci illərdə yük­sək məhsuldarlığa nail olan arıçılar təsərrüfatlardan 73 ton keyfiyyətli bal toplamağa nail olublar.

Nəbiağalı kənd sakini, təqaüd­çü, 75 yaşlı Bəhram Xəlilov da BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən “Şirin qızıl” la­yihəsindən faydalana bilib. Əvvəl­lər kənd məktəbində müəllim kimi fəaliyyət göstərən ağsaqqal üçün bu layihə göydəndüşmə fürsət olub. 2018-ci ildə 10 arı yeşiyi alan B.Xəlilov artıq onların sayını 18-ə çatdırıb. Peşəsindən və güzəranın­dan razı olan ağsaqqalın bal mövsü­mündə müştəriləri də bol olur. Deyir ki, ötən illərdə, bir dəfə də olsun, məhsulunu satmaq üçün dükan-ba­zara üz tutmayıb. Çünki keyfiyyətli balın müştərisi çox olduğundan alı­cıların özləri qapısına gəlirlər...

Arıların qidalanmasını təmin et­mək üçün yem bazasının yaradılma­sının vacibliyi nəzərə alınaraq son­rakı mərhələdə Samux rayonunun Çobanabdallı və Füzuli kəndlərinin ərazilərində meşə massivlərinin sa­lınması qərara alınıb. Beləliklə, “Şi­rin qızıl” layihəsinin növbəti, daha maraqlı bir mərhələsinə başlanılıb. Layihə meneceri Vüqar Bəşirov dedi: “Arıların qidalanması üçün nektar bazasının yaradılması son dərəcə vacib idi. Bunu nəzərə ala­raq 2019-cu ilin ikinci yarısından etibarən arı ailələrinin saxlanıldığı ərazilərə yaxın yerlərdə ağaclar ək­məyə başladıq. Bu, həm də “Şirin qızıl” layihəsinin növbəti mərhələsi idi. Bu məqsədlə uzun illər baxımsız vəziyyətdə qaldığından, demək olar ki, tamamilə sıradan çıxmış meşə massivlərini yenidən bərpa etdik. Arıçılığın yem bazasının yaradılma­sı məqsədilə Çobanabdallı kəndin­də 65, qonşu Füzuli kəndində isə 50 hektar ərazidə yaşıllıqların salın­masına başladıq. 2021-ci ilin yanva­rınadək iki meşə massivində, ümu­milikdə, 110 min ağac əkdik. Arılar üçün yem bazası kimi nəzərdə tutu­lan meşə massivlərində əkilən ağac­ların hamısı nektarverən ağaclardır. Bir neçə sort akasiya, ağcaqayın, xarici ölkələrdə “bal ağacı” adlan­dırılan unikal evodiya, badam və s. olmaqla, bütövlükdə 7 növ ağac əkilmiş meşələr yaxınlıqda yerləşən digər arıçılar üçün də faydalıdır. Yeri gəlmişkən, evodiya ağacının çiçək­lənmə prosesi avqust–sentyabr ay­larınadək davam edir ki, bu da arıla­rın qidalanma mövsümünü uzadır”.

Rayonun torpaq və iqlim şərtlə­rinə uyğun olaraq əkilən bu ağacla­rın suvarılması üçün lazımi infrast­ruktur yaradılıb, uzun illər istifadəsiz qalmış 3 artezian quyusu bərpa edi­lib. Beləliklə, 4 il ərzində boy ataraq böyüyən ağaclar ərazidə böyük bir meşə massivi yaranmasına səbəb olub. Bu, həm də BP və tərəfdaşları tərəfindən Azərbaycanda yaradılmış ilk arı, bal ormanı kimi diqqət çəkir. Eyni zamanda, arıçılığın yem baza­sı kimi yaradılan bu meşə massiv­ləri bölgənin ekologiyasına şirkətin töhfəsi kimi də dəyərləndirilə bilər.

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ