USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ölkəmiz Avropanın 5-ci qaz təchizatçısıdır

Bu il “köhnə qitə”yə 12 milyard kubmetr qaz nəql ediləcək


https://img.baki-baku.az/news/2023/10/photo_8911.jpg

Avropa Komissiyasının Avropa Birliyi ölkələrinin qaz bazarında vəziyyətə dair rüblük hesabatında bildirilir ki, cari ilin ilk 3 ayında Azərbaycan Trans–Adriatik Boru Kəməri (TAP) ilə Avropa İttifaqına (Aİ) qaz tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz və ya 2,8 milyard kubmetrədək artırıb. Cari ilin birinci rübündə Aİ-nin ümumi qaz idxalında (boru kəmərləri və mayeləşdiril­miş formada) Azərbaycanın payı əvvəlki rübdəki 3 faiz­dən 4 faizə yüksəlib.

Yanvar-mart aylarında Av­ropaya boru kəməri ilə qaz tə­darükçülərinin ilk beşliyinə Nor­veç–21,7 milyard kubmetr (53 faiz pay), Şimali Afrika (Əlcəzair və Liviya) – 7,3 milyard kubmetr (18 faiz), Rusiya – 5 milyard ku­bmetr (12 faiz), Böyük Britaniya – 4,4 milyard kubmetr (11 faiz) və Azərbaycan – 2,8 milyard kubmetr (7 faiz) daxil olub.

Keçən il Azərbaycan qaz ix­racını 18 faizə – 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr və ya 39 faizdən çox qaz ixrac edib. Bu il respublikamızdan təbii qazın ixracı 24,5 milyard kubmetr həc­mində planlaşdırılıb, bunun isə 12-12,5 milyard kubmetrinin Av­ropaya nəql olunacağı nəzərdə tutulub.

“TAP AG” konsorsiumunun idarəedici direktoru Luka Skiep­pati İtaliyanın RCS Akademiya­sında keçirilən “Xalis sıfıra keçid– innovativ enerji” adlı debatdakı çıxışında bildirib ki, TAP-ın kom­mersiya fəaliyyətinə başladığı vaxtdan Avropaya 28 milyard ku­bmetrdən çox Azərbaycan qazı ötürülüb ki, bunun da 23,5 mil­yard kubmetrdən çoxu İtaliyaya ixrac edilib.

L.Skieppatinin sözlərinə görə, “TAP AG” konsorsiumu əsasən, İtaliya və Balkan ölkələri bazarla­rını “mavi yanacaq”la təmin edir. İtaliyada son aylar ərzində isteh­lakda bir qədər azalma nəzərə çarpıb, lakin bu ölkənin şaxələn­dirməni diqqətdə saxlaması və­ziyyətin tezliklə normallaşmasına böyük ümid yaradıb. 

TAP-ın gücünün iki dəfə ar­tırılmasına gəlincə, L.Skieppati boru xəttinin artıq çəkildiyini və ötürücülük gücünün ikiqat artırıl­ması üzrə işlərin, ən azı İtaliya hissəsində, çox vaxt aparmaya­cağını söyləyib.

Adıçəkilən konsorsiumun idarəedici direktoru, eyni zaman­da, “TAP AG”nin qarşıya nəql im­kanlarını və buna müvafiq olaraq qaz tədarükünü artırmaq, qaz turbinləri əvəzinə elektrik ava­danlıqlarından istifadə etmək və nəhayət, gələcəkdə “yaşıl mo­lekullar”ın nəqlini reallaşdırmaq kimi üç mühüm vəzifə qoyduğunu bildirib. 

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin (CQD) tərkib his­səsi olan TAP vasitəsilə Avropa­ya kommersiya qazının tədarü­künə başlayıb. 25 il müddətinə nəzərdə tutulan tədarüklər Avro­pa bazarına illik 10 milyard kub­metrdən çox qazın ixracını nəzər­də tutur ki, bunun da 8 milyard kubmetri İtaliyanın, 2 milyard kubmetri isə hər birinə 1 milyard kubmetr olmaqla Yunanıstan və Bolqarıstanın payına düşür. Gür­cüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə respub­likamızdan İtaliyanın cənubuna qədər 3,5 min kilometr məsafədə uzanan CQD inteqrasiya olun­muş boru kəməri sistemidir. Onun ötürmə qabiliyyəti 16 milyard ku­bmetrdir. CQD-nin əsas xammal mənbəyi ehtiyatı 1,2 trilyon kub­metr olan “Şahdəniz” yatağıdır.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 faiz artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 faiz artım ilə) təşkil edib. 2022-ci ildə TAP va­sitəsilə İtaliyaya qaz təchizatı 10 milyon, 325 milyon kubmetr (43,1 faiz artım ilə) təşkil edib.

Bu il ərzində Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təx­minən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat