USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarabağ və Şərqi Zəngəzur özəl təşəbbüslərin meydanıdır

Kiçik və orta sahibkarlıq bölgədə iqtisadiyyatın aparıcı sahəsi olacaq


https://img.baki-baku.az/news/2023/10/photo_8896.jpg?v=MjAyMy0xMC0xMSAxMDozMzoxMQ==

İşğaldan azad edilən ərazilərdə sosial-iqtisadi sahələrin bərpasına yerli və xarici biznes nümayəndələrinin investisiya qoymaları üçün əlverişli mühitin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulub. Bu məqsədlə 2022-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. 

Sənədin əsas hədəflərindən biri azad olunmuş ərazilərdə iqtisadiyyatın yeni­dən qurulması üçün yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılmasıdır. Bu barəfdə iqtisadçı -ekspert Günay Quliyeva dedi:

– Sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişa­fına dəstək vermək Dövlət Proqramının əsas məqsədlərindən biridir. Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. 2023-cü ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün 5 milyard manat nəzərdə tutulub. Ayrılmış məbləğin əksəriyyəti Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə, hərbi potensialımızın güclənmə­sinə yönəldilib. 

Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyətini təşviq etmək üçün zəruri addımlar atı­lıb. Məlum olduğu kimi, Azərbaycan Prezidenti tərəfindən “İşğaldan azad edil­miş ərazilərdə iqtisadi inkişafın sürətlən­dirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 10 dekabr tarixli sərəncam im­zalanıb. Sərəncamın icrası ilə bağlı “So­sial sığorta haqqında” Qanunda dəyişik­lik edilib. Həmin dəyişikliklə düşməndən təmizlənən yaşayış sahələrində fəaliyyət göstərən sahibkarlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər. 

Dəyişikliyə əsasən, rüb ərzində sığor­taedənin vəsaiti hesabına muzdlu işdən gəlir əldə edilən sığortaolunanların xey­rinə ödənilmiş məcburi dövlət sosial sı­ğorta haqları da 10 il müddətində dövlət büdcəsindən subsidiyalaşdırılacaq. Sub­sidiyalaşdırma prosesi mərhələli şəkildə həyata keçiriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən işəgö­türənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaş­dırılacaq. 2026-cı ildən başlayaraq, 3 il ərzində subsidiya faizi 80, sonrakı 2 ildə 60, daha sonra isə 40 faiz təşkil edəcək.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyəti canlandırmaq üçün vergilərlə bağlı güzəştlər də möv­cuddur. Sahibkarlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnika­nın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Onlar üçün tətbiq edilən güzəştlərdən biri də kreditlərin verilməsi ilə bağlıdır. Bu kre­ditlər dövlət səviyyəsində dəstəklənir. 

Görülən tədbirlər isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərmək arzusunda olan iş adamlarının sayını artırıb. Azad edilmiş ərazilərində biznes qurmaq istəyən sa­hibkarların, o cümlədən xarici iş adam­larının biznes layihələrinin qəbulu üçün 1500-dən artıq müraciəti müvafiq forma­ya uyğun qeydə alınıb. 

Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov dedi:

–Müraciətlərin 500-ə qədəri xarici iş adamlarından daxil olib. Xarici müraciət­lərin yarıdan çoxu Türk Dövlətləri Təşki­latına üzv və müşahidəçi ölkələrin payına düşür. Türkiyə, Rusiya, Qazaxıstan və Macarıstandan olan sahibkarlar Qarabağ və Şərqi Zəngəzurda investisiya qoyma­ğa xüsusən maraqlıdırlar. Dövlət tərəfin­dən müəyyənləşmiş sahibkarlığa dəstək mexanizmləri qısa müddətdə bu ərazilər­də biznes fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin sayını daha da artıracaq. Sahibkarlığın inkişafı isə inşaat sahəsinin, kənd təsərrüfatının, aqrar və toxuculuq sənayesinin, heyvan­darlığın, ümumilikdə isə, iqtisadiyyatın bütün sahələrinin dirçəlməsinə təkan verəcək. Belə ki, Ağdam rayonunda Ağ­dam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Zəngilan, Qubadlı, Füzuli və Xocavənd rayonlarının isə, əsasən, kənd təsərrüfatı inkişaf etdirilir.

İqtisadçı-ekspert Mahir Zeyna­lov isə dedi ki, Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında (bir neçə müəssisənin 2024–2025-ci illərdə istifadəyə verilməsi plan­laşdırılır) fəaliyyət göstərən və açılması nəzərdə tutulan sənaye müəssisələrinin əksəriyyəti kiçik və orta biznesə aiddir. Bu müəssisələrin Qarabağ və Şərqi Zən­gəzur iqtisadi rayonlarının iqtisadi həya­tında mühüm rolu olacaq:

– Azərbaycan iqtisadiyyatında kiçik və orta sahibkarlığın rolu böyükdür. Buna görə, ölkə başçısı tərəfindən müxtəlif zamanlarda kiçik və orta sahbkarlığın inkişaf etdirilməsi və dəstəklənməsi ilə əlaqədar müxtəlif fərman və sərəncamlar verilmiş, strateji yol xəritələrində prioritet istiqamətlərdən biri kimi daim diqqətdə qalmışdır.

Onların iqtisadiyyatda bu dərəcədə önəmli çəkiyə sahib olması isə xüsusiy­yətləri ilə əlaqədardır. Daha az inves­tisiya ilə daha çox istehsal və məhsul müxtəlifliyi əldə edilir. Eyni zamanda, iqtisadi dalğalanmalar kiçik və orta sa­hibkarlığa daha az təsir göstərir. Çünki böhran dövründə iri müəssisələrin müf­lisləşməsi ölkə iqtisadiyyatındakı böhranı daha da dərinləşdirir. Lakin kiçik və orta sahibkarlıq müəssisələrində belə risklər daha aşağıdır. Əgər iri şirkətlər ölkədə elmi-texniki tərəqqinin və istehsal poten­sialının səviyyəsini müəyyən edirsə, kiçik və orta sahibkarlıq müəssisələri ölkə­nin sosial-iqtisadi sabitliyini və inkişafını təmin edir. Bu kimi xüsusiyyətlər kiçik və orta sahibkarlığı Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatında vacib prob­lemlərin həllində əsas iştirakçı olmasına imkan verir. 

Bu səbəbdən də işğaldan azad edil­miş ərazilərdə kiçik və orta sahibkarlığa daha çox üstünlük verilir. Məşğul əhalinin çoxu da bu müəssisələrdə çalışacaqlar. 

Beləliklə, işğaldan azad edilmiş əra­zilərdə kiçik və orta biznesin inkişafı iq­tisadiyyatın diversifikasiyası, rəqabətqa­biliyyətliliyinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənil­məsi və iqtisadi inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzurun iqtisa­di inkişafının təmin edilməsində əsas hərəkətverici amilə çevrilir.

Pünhan ƏFƏNDİYEV




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat