USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Kəndə dövlət dəstəyi əsaslı və davamlıdır

Səpin mövsümündə gübrələr ucuzlaşıb


https://img.baki-baku.az/news/2023/10/photo_8710.jpg

Payızın gəlişi ilə əlaqədar təsərrüfatlarda mövsümi canlanma yaranıb. İlin bu bərəkətli çağı bir çox kənd təsərrüfatı məhsullarının yığımı ilə xarakterizə olunsa da, gələcək bolluğun təməli də məhz son baharda qoyulur. İndi ölkənin təsərrüfatlarında payızlıq əkinlərinin də qızğın çağıdır.

Torpaq mülkiyyətçiləri növbəti ilin məhsulu üçün əkin işlərini getdikcə sürətləndirirlər. Hava şəraitinin yaratdığı imkanlardan maksimum yararlanmağa çalışan fermerlər və fərdi təsərrüfat sahibləri səpini optimal müddətdə başa çatdırmağa çalışırlar. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınması intensiv əkinçiliyin əsas hədəfidir. Bu məsələnin uğurlu həlli, heç şübhəsiz, kənd təsərrüfatı bitkilərinin gübrələnməsindən çox asılıdır. Aqrar sahənin mütəxəssisləri deyirlər ki, bitkilərin böyüməsi, inkişafı və yüksək məhsul verməsi onların normal qidalanmasından asılıdır.

 Bitkilərin lazımi qida maddələri ilə təmin olunmasında isə gübrələrin rolu böyükdür. Belə ki, gübrələr torpağın münbitliyinin artırılmasında, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində və məhsulun keyfiyyətinin yaxşılaşmasında xüsusi əhəmiyyətə malikdir. Xüsusən də payızda əsas şum altına peyinlə birlikdə fosfor və kalium gübrələrinin verilməsi nəticəsində bitkinin qida maddələrindən istifadə əmsalı artır. Bu səbədən də mütəxəssislər hesab edirlər ki, əksər kənd təsərrüfatı bitkiləri üçün kalium və fosfor gübrələrinin illik normasının 40-50 faizi məhz payızda əsas şum altına verilməlidir.

Hazırda kənd təsərrüfatı məhsulları istehsalçıları sahələrdə payızlıq dənli bitkilərin səpini ilə yanaşı, onların yemləmə gübrələri ilə təminatına da xüsusi diqqət yetirirlər. Ölkəmizdə isə aqrar sahənin inkişaf etdirilməsi məqsədilə uzun illərdir ki, fermer və fərdi təsərrüfat sahiblərinə bütün növ gübrələr güzəştli şərtlərlə satılır.

Xatırladaq ki, ötən ayın əvvəllərindən etibarən “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən səpin mövsümündə istifadəsi zəruri olan gübrələrin satışına başlanılıb. Adıçəkilən qurum, həm də bir neçə adda gübrənin qiymətində endirim edib. Müşahidələr göstərir ki, ölkəyə yeni gətirilmiş nitroammofoksa gübrəsinin dəyəri hazırki bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, səpin mövsümündə bitkilərin kök sisteminin inkişafını sürətləndirən enitroammafoska gübrəsinin 1 tonunu 800 manata, 50 kiloqramlıq kisəsini isə 40 manata əldə etmək mümkündür. Bundan əlavə, “Aqroservis” ammofos, ammonium sulfat və kalium sulfat gübrələrinin də  qiymətlərinə endirim tətbiq edib. 

Səhmdar Cəmiyyətinin məlumatına görə, endirimlərin məqsədi fermerlərin gübrəyə olan tələbatını və əlçatanlığını təmin etmək, məhsuldarlığın artırılmasına dəstək olmaq və mineral gübrədən istifadə arealını daha da genişləndirməkdir.

Səpinqabağı müddətdə istifadəsi vacib olan gübrələrin güzəştli şərtlərlə satışı davam edir. “Aqroservis” ASC-dən aldığımız məlumata görə, kampaniya başlanıldığı gündən indiyədək fermer və fərdi təsərrüfat sahibləri tərəfindən quruma çoxsaylı müraciətlər daxil olub. Həmin müraciətlər müsbət dəyərləndirilərək gübrələrin yeni şərtlər daxilində fermerlərə çatdırılması təmin olunub. Bütövlükdə isə, ötən müddətdə “Aqroservis”in müvafiq anbarları 1000 tondan çox gübrə satışı həyata keçirib. Dövlətin bu faydalı dəstək tədbirindən yararlanmaq istəyənlərin sayı isə gündən-günə artır. Xatırladaq ki, təsərrüfat sahibləri mineral gübrəni çox asanlıqla yalnız fermer kartını təqdim etməklə əldə edə bilirlər.

Kənd təsərrüfatı mütəxəssislərinin bildirdiyinə görə, taxıl bitkilərinin səpini mövsümündə tətbiq olunan nitroammofoska və ammofos gübrələri tərkibindəki fosforun təsiri ilə məhsuldarlığı artırır. Bununla yanaşı, nitroammofoska gübrəsində olan kalium bitkinin şaxtaya və xəstəliklərə qarşı müqavimətini gücləndirir. Məlum olduğu kimi, kalium sulfat kalium elementi ilə zəngin olan, əsasən, kökümeyvəli bitkilər üçün əvəzolunmaz gübrədir. Sitrus bağları və çay bitkilərinin azota olan tələbatının ödənilməsi üçün isə ən yaxşı seçim kimi ammonium sulfatı misal göstərmək olar.

Qeyd edək ki, “Aqroservis” ASC-nin müvafiq anbarları adları çəkilən mineral gübrələrlə tam təchiz olunaraq fermerlərin təminatı üçün hazır vəziyyətə gətirilib.

M. YAQUBZADƏ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Mirbağır YAQUBZADƏ