USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakı Limanı Xəzərdən dünyaya böyük qapıdır

Yarım ildə buradan 4,1 milyon ton yük aşırılıb


https://img.baki-baku.az/news/2023/09/photo_8463.jpg

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının son illərdə xarici əlaqələrinin genişlənməsi nəticəsində bu infrastrukturun nəqliyyat kanallarının sabitliyi, səmərəliliyi təmin edilib. Çinin “Guangdong” Şirkətlər Qrupunun rəhbəri Fang Qichaonun başçılığı ilə nümayəndə heyətinin liman rəhbərliyi ilə keçirilən görüşündə də bu barədə ətraflı danışılıb, Avropanı Asiya ilə birləşdirən strateji marşrut sayılan Orta Dəhliz vasitəsilə Bakı limanından keçməklə göndəriləcək yük həcminin artırılması məsələsi ətrafında geniş müzakirə aparılıb.

Söhbət zamanı adıçəkilən infrast­rukturun genişləndirilməsi strategiya­sına da toxunulub. Xəzər dənizinin ən müasir limanlarından sayılan və Orta Dəhlizdə mühüm strateji paya sahib olan Bakı limanı bu dəhlizi gücləndir­məyə və sürətləndirməyə kömək edə biləcək Avropa limanları ilə əməkdaş­lıq etməklə öz fəaliyyətini genişləndir­məyə çalışdığı bildirilib.

Bakı Limanının fəaliyyət istiqamətin­dən danışarkən sözügedən infrastruk­turun İtaliyanın da diqqət mərkəzində olduğunu deyə bilərik. Aralıq dənizinin ən böyük limanlarından biri olan İtali­yanın “Trieste” limanının baş direktoru Zeno D'Aqostino bir müddət bundan əvvəl respublikamıza səfər zamanı Azərbaycan və İtaliya limanları arasın­da yeni əməkdaşlıq imkanları araşdırı­lıb. Zeno D'Aqostino limanın əməliyyat qrupu ilə görüşüb, ərazinin əməliyyat imkanları ilə tanış olub. 

Görüşdə, eyni zamanda, Orta Dəh­liz vasitəsilə Bakı limanından keçməklə göndəriləcək yük həcminin artırlma­sı məsələsi ətrafında geniş müzakirə aparılıb. Həmçinin Bakı və “Trieste” limanları arasında beynəlxalq yükdaşı­malarda əhəmiyyətli paya malik logisti­ka şirkətləri tərəfindən qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin əsas məqsədlərdən biri olması da vurğula­nıb. 

Zeno D'Aqostino ilə söhbət zamanı Bakı limanının genişləndirilməsi strate­giyasına da toxunulub. Xəzər dənizinin ən müasir limanlarından sayılan və Orta Dəhlizdə mühüm strateji paya sahib olan Bakı limanı bu dəhlizi gücləndirməyə və sürətləndirməyə kömək edə biləcək Av­ropa limanları ilə əməkdaşlıq etməklə öz fəaliyyətini genişləndirməyə çalışdığı bildirilib. 

Beləliklə, İtaliya ilə potensial tərəf­daşlıq hər iki limanın mövqelərini güc­ləndirə, iqtisadiyyat və logistika sahə­sində Azərbaycanla yanaşı, region ölkələrinə da fayda gətirə bilər. Çünki Mərkəzi və Şərqi Avropaya giriş qapı­sı kimi strateji məkana sahiblik edən “Trieste” limanı illik 60 milyon tondan çox mal dövriyyəsi ilə İtaliya və Aralıq dənizinin ən böyük limanlarından biri­dir.

Bu yaxınlarda Bakı Limanı ilə “Qa­zaxıstan Dəmir Yolu” Milli Şirkəti ara­sında da əməkdaşlıq barəsində memo­randum imzalanıb. Bu sənədə əsasən, Asiya–Avropa transkontinental marşrut­lar üzrə multimodal daşımaların daha da artırılması, nəqliyyat və logistika sahəsində innovativ həllərin tətbiq edil­məsi ilə sürətli yükdaşımalarının artırıl­masında qarşılıqlı işgüzar əməkdaşlı­ğın inkişafı məsələləri barəsində bir sıra razılıqlar əldə olunub.

Bakı Limanı uğurlu ikitərəfli müna­sibətlər qurmaqla yanaşı, bir sıra bey­nəlxalq təşkilatların da fəal üzvüdür. Bakıda böyük müvəffəqiyyətlə təşkil olunan “IAPH– 2018” Dünya Limanlar Konfransında beynəlxalq arenada li­manın tərəfdaşlıq və dayanıqlılığa sa­diqliyinin qlobal iqtisadiyyatın gələcək inkişafına töhfə verəcəyi bir daha vur­ğulanıb. 

Bakı limanı hazırda böyük yük axınlarına və Çin–Avropa arasında daşımalara hazırlaşır. Buna görə də tezliklə adıçəkilən infrastrukturda tikin­ti layihələrinin ikinci fazasının həyata keçirilməsi nəzərdə tutulur. Bu mərhələ­də limanın konteyner aşırma gücünün 400 min TEU artırılaraq 500 min TEU-ya çatdırılacağı planlaşdırılır. Bundan əlavə, burada digər yük terminallarının da qurulacağı diqqət mərkəzində sax­lanılır. 

Hazırda Ələtdə liman kompleksinin tikintisinin birinci fazasına daxil edilən bərə terminalı, ümumi, “Ro-Ro”, xid­mət körpüləri, dəmiryolu xətləri, inzibati bina, gömrük məntəqəsi, açıq saxlama sahəsi, anbarlar, konteyner meydança­sı, körpülərə dəmir və avtomobil yolu yanaşmaları, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacağı yaradılır.

Xatırladaq ki, Bakı Limanı Ələtdə iki əsas nəqliyyat dəhlizinin– Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsin­də yerləşir. Limanın inkişafı 2 mərhələ üzrədir. 2019-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb və sonra bura­da ümumi yükaşırma imkanı artırılaraq 15 milyon ton ümumi yükə və 100 min konteynerə çatdırılıb. 

Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert

Bu gün Bakı Limanı “yaşıl liman” və logistika mərkəzi kimi inkişaf etdirilir. Burada Avropa İttifaqının ekoloji, iqtisadi və sosial təminatlar­la bağlı yeni strategiyasına uyğun olaraq ən son texnologiya və ekoloji standartlar tətbiq edilir. Bu məqsəd­lə limanda Xəzər hövzəsində neftlə və məişət tullantıları ilə çirklənmiş suları təmizləyən qurğular quraşdı­rılır.

İkinci mərhələdə isə liman kompleksinin tamamilə başa çatdı­rılması ilə ümumi yükaşırma imkanı artaraq 25 milyon tona və 500 min TEU konteynerə çatdırılacaq. Li­manın konteyner aşırma qabiliyyəti­nin artırılması isə Orta Dəhlizə daha çox yüklərin cəlb edilməsinə imkan verəcək. Nəticədə qarşıdakı 10 ildə Orta Dəhliz Şərqlə Qərbi birləş­dirən əsas infrastruktura çevriləcək. Ekspertlərin fikrincə, bu müddətdə sözügedən liman, həm də tam da­yanıqlı “yaşıl dəhliz” kimi fəaliyyət göstərəcək. Mütəxəssislərin təxmi­ni hesablamalarına görə, Bakı Li­manının ikinci fazası çərçivəsində tikinti işləri təqribən 3 il çəkəcək. 

Limanın hazırkı fəaliyyətindən danışarkən bu infrastrukturun iq­tisadi göstəricilərinə də diqqət ye­tirək. Ötən il infrastrukturdan aşırıl­mış yüklərin 53 faizi Türkmənistan limanları hesabına gerçəkləşib və ümumi həcm 3 milyon 359 min tona çatıb. Qazaxıstan limanları ilə döv­riyyə isə 2 milyon 382 min 956 ton olub. Bu göstərici ümumi dövriyyə­nin 38 faizini təşkil edib. 

Beləliklə, Şərq-Qərb və Şi­mal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yer­ləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nü­munəvi rəqəmsal və “yaşıl həllər” tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır. 2023-cü ilin yanvar-iyul aylarında liman­la yükdaşımalar 14 faiz və ya 500 min ton artaraq 3,6 milyon tondan 4,1 milyon tona yüksəlib. Eyni za­manda, dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formala­şıb və bu amil ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yüklərin həcmini sürətlə artırıb.

Vaqif BAYRAMOV




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat