USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Makroiqtisadi dayanıqlıq” İşçi qrupunun iclası keçirilib


https://img.baki-baku.az/news/2023/09/photo_8208.jpg

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində cari ilin birinci yarım ili üzrə monitorinq və qiymətləndirilməsinə dair “Daxili və xarici təsirlərə dayanıqlıq” məqsədi üzrə ümumi hesabatının “Makroiqtisadi dayanıqlıq” İşçi qrupunda müzakirəsi keçirilib.

Mərkəzi Bankda keçirilmiş iclasda İşçi qrupun sədri, Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov Strategiyanın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i çərçivəsində həyata keçirildiyini bildirib. O, bu Strategiya istiqamətində Mərkəzi Bank tərəfindən görülmüş işlər barədə məlumat verib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Rəşad Hüseynov monitorinq və qiymətləndirmə prosesi barədə danışıb və bütün prosesin portal üzərindən aparıldığını bildirib.

İşçi qrupun sədr müavini, İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri Təranə Salıfova hazırlanmış tərəqqi hesabatını təqdim edib.

Daha sonra hesabatda qeyd olunmuş məsələlərlə bağlı çıxışlar edilib, həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində İşçi qrupun üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılıb, habelə növbəti addımlar müəyyən edilib.

“Makroiqtisadi dayanıqlıq” İşçi qrupunda Mərkəzi Bank və İİTKM ilə yanaşı, Maliyyə, İqtisadiyyat, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin, Dövlət Neft Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Əmanətlərin Sığortalanması Fondu və Aqrar Sığorta Fondunun müvafiq şöbələrinin rəhbər şəxsləri təmsil olunurlar.

Qeyd edək ki, Baş nazirin 12 iyun 2023-cü il tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb.




Redaktorun seçimi

“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası
“İki pərdəlik” ifşa
  • Daxili siyasət
  • 09:36 18.07.2024
“İki pərdəlik” ifşa
Mirzoyan “sülh göyərçini” qiyafəsində
  • Daxili siyasət
  • 09:32 18.07.2024
Mirzoyan “sülh göyərçini” qiyafəsində
“Freedom House” ciddiliyini itirib
  • Daxili siyasət
  • 11:16 17.07.2024
“Freedom House” ciddiliyini itirib

İqtisadiyyat