USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türkiyədə keçirilən TEKNOFEST-də bir sıra yerli startapımız yeni əməkdaşlıq təklifləri alıb


https://img.baki-baku.az/news/2023/09/photo_8084.jpg

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə yerli startaplar Türkiyədə keçirilən TEKNOFEST festivalında iştirak edib.

Agentlik xəbər verir ki, Türkiyənin Ankara şəhərində baş tutan 5 günlük “TEKNOFEST” Aviasiya, Kosmik və Texnologiya festivalında Azərbaycanı “Metatesk”, “Ednify”, “SmartROW”, “Azirrigation” startapları təmsil edib. Layihələr müvafiq olaraq təhsil (“Metatesk”, “Ednify”), rabitə (“SmartRow”), kənd təsərrüfatı (“Azirrigation”) sahəsində innovativ həllərin tətbiqinə yönəlib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu startaplara festivalda iştirakın təmin olunması üçün dəstək göstərib.

Bundan əlavə səfər zamanı tədbirdə iştirak edən İRİA nümayəndəsi Mir Kənan Mənsurzadə Azərbaycandan olan startap komandaları ilə təqdimatlar və hazırlıq səviyyəsi ilə bağlı fikir mübadilələri aparıb, müvafiq istiqamətlərdə təkliflər verib. O cümlədən uyğun investisiya imkanları və digər tərəfdaşlıqların əldə olunması üzrə lazımi istiqamətlər verilib.

Stendləri Türkiyənin dövlət qurumlarının əməkdaşları, tanınmış investorlar, biznes analitiklər ziyarət edib.

Ziyarətçilər arasında yer alan “Bayraktar” PUA-nın yaradıcısı və təsisçisi Selçuk Bayraktar “Azirrigation” və “Metatesk”in stendlərinə baş çəkib. Həmçinin Türkiyənin yeni maliyyə naziri Mehmet Şimşek də Azərbaycanın yaratdığı startaplarla tanış olub. Türkiyəli iş adamı Nəcməddin Bilal Ərdoğan “Metatesk”in yaratdığı stendi ziyarət edib.

Festival çərçivəsində bir sıra yerli startap yeni əməkdaşlıq təklifləri alaraq növbəti tarixlərdə görüşlər həyata keçiriblər. Belə ki, "SmartROW" startapının komandası “Tubitak” tərəfindən İzmirdə baş tutacaq növbəti TEKNOFEST üçün müvafiq startapın tətbiq olunması üzrə müzakirə görüşünə təklif alıb.

Qeyd edək ki, “TEKNOFEST” Aviasiya, Kosmik və Texnologiya festivalında İRİA nümayəndəsi müvafiq istiqamətlərdə ixtisaslaşmış və tədris verən universitetlərlə müxtəlif görüşlər keçirib, potensial əməkdaşlıqları müzakirə edib.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat