- Daxili siyasət
- 13:50 26.09.2023
Bu ilin yanvar–iyul aylarında Azərbaycanla Yaponiyanın ticarət dövriyyəsi 244 milyon 366 min dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 56,3 faiz və ya 88 milyon dollar çoxdur. Bu dövrdə respublikamızdan Yaponiyaya ixracın həcmi 0,5 faiz azalaraq 9 milyon 792 min dollar, Yaponiyadan ölkəmizə ixracın həcmi isə 60 faiz artaraq 234 milyon 574 min dolar təşkil edib.