USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakıda keçiriləcək VI Robot Olimpiadasında 160 komanda iştirak etmək hüququ qazanıb


https://img.baki-baku.az/news/2023/08/photo_7891.jpg?v=MjAyMy0wOC0zMCAxMToxOTo1NQ==

Sentyabrın 1-dən 3-dək Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadası keçiriləcək.

Olimpiadada 4 kateqoriya üzrə 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər yarışacaqlar: “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers”. Ümumilikdə, bu kateqoriyalar üzrə respublikanın 20 rayon və şəhərindən 249 komanda qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər keçirilib və final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanıb. Əlavə olaraq, finala vəsiqə qazanmış komandalara Qusar Olimpiya İdman Kompleksində layihələrini inkişaf etdirmələri üçün yay düşərgəsi təşkil edilib. Düşərgə müddətində gənclərə müxtəlif interaktiv təlimlər keçirilib. Olimpiadanın rəsmi açılış mərasimi sentyabrın 1-də baş tutacaq.

Qeyd edək ki, VI Robot Olimpiadasında qalib olmuş komandalar bu il noyabrın 7-dən 9-dək Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat