USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ölkəmizdə “eximbank” alətlərinin yaradılması üzrə işlər aparılır


https://img.baki-baku.az/news/2023/08/photo_7769.jpg?v=MjAyMy0wOC0yNSAxNDo1MTo0OQ==

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Qazaxıstanın Azərbaycandakı yeni səfiri Alim Bayel ilə görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, görüşdə qurumun rəhbəri Yusif Abdullayev agentliyin fəaliyyəti, ixracın təşviqi mexanizmləri, o cümlədən logistikanın subsidiyalaşması və tətbiqi gözlənilən digər mexanizmlər barədə məlumat verib. Agentlik tərəfindən ölkəmizdə "eximbank" (ixrac-idxal) alətlərinin yaradılması üzrə işlərin aparıldığı vurğulanıb.

Yusif Abdullayev ixracın təşviqi çərçivəsində Qazaxıstana təşkil olunan ixrac missiyaları, Qazaxıstanda keçirilən sərgilərdə vahid ölkə stendi ilə iştirak edən yerli sahibkarlara göstərilən dəstək tədbirləri haqqında məlumat verib. Qeyd edilib ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə AZPROMO-nun xarici ölkələrdə nümayəndəliklərinin yaradılması agentliyin gələcək planlarına daxildir.

Alim Bayel Azərbaycan və Qazaxıstan arasında artan xətlə inkişaf edən iqtisadi-ticarət əlaqələrini qeyd edib, ölkəmizdən Qazaxıstana qeyri-neft ixracının artırılmasının perspektivlərini yüksək qiymətləndirib. İnvestisiya əməkdaşlığı çərçivəsində səfir Qazaxıstan səhmdarları tərəfindən konkret təkliflərin mövcud olduğunu bildirib.

Görüşdə səfir tərəfindən təqdim olunan ictimai iaşə sahəsində investisiya layihəsi müzakirə olunub, məlumat mübadiləsinin aparılması və müvafiq məkanın müəyyənləşdirilməsi ilə bağlı birgə işlərin görülməsinə dair razılıq əldə olunub.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat