USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Toxumçular Assosiasiyası arasında memorandum imzalanıb


https://img.baki-baku.az/news/2023/08/photo_7687.jpg

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev ilə Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva arasında görüş keçirilib.

İnstitutdan  bildirilib ki, görüşdə institutun fəaliyyəti, aparılan elmi tədqiqat işləri, yeni yaradılmış tərəvəz sortları, tərəvəz toxumçuluğunun inkişafı, yerli toxumlara olan tələbatın ödənilməsi barədə ətraflı məlumat verilib.

E.Allahverdiyev bildirib ki, institutda qurulmuş biotexnologiya laboratoriyası, aqrokimya laboratoriyası və digər müasir laboratoriyalar günün tələblərinə uyğun mövzular ətrafında elmi tədqiqatların aparılmasına və təcrübədə yoxlanılmasına imkan verir.

Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, toxum emalı kompleksi, istixana kompleksləri ilə yaxından tanış olub, yerüstü və yeraltı damlama, gübrələmə və ağıllı idarəetmə sistemlərinə, sınaq əkin sahələrinə baxış keçirib.

Daha sonra Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Azərbaycan Toxumçular Assosiasiyası arasında qurulacaq əməkdaşlıq perspektivləri müzakirə edilib, iki qurum arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi iki qurum arasında əməkdaşlığın genişləndirilməsi, bu əməkdaşlıq nəticəsində istehsal olunmuş keyfiyyətli və yüksək məhsuldar tərəvəz toxumlarının ölkə fermerlərinə çatdırılmasına dəstək olmaq, yeni yüksək məhsuldar toxum sortlarının təşviqi və təbliğatı işlərini birgə həyata keçirmək, toxumçuluq sahəsində yeni texnologiyaların və metodların tətbiqi üzrə mütəxəssislərin hazırlanmasında ixtisaslaşmış peşə sahibləri ilə birgə treninqlərin təşkilindən ibarətdir.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat