USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Baku Sailing Regatta-2023” başlayır


https://img.baki-baku.az/news/2023/05/photo_7529.jpg

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun birgə təşkilatçılığı ilə təşkil olunan "Baku Sailing Regatta-2023” üzrə hazırlıqlar başa çatıb.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, bu gün reqatanın ilk günüdür, saat 12-də yelkənçilərin yarışına start veriləcək. Ümumilikdə 39 yelkənçinin iştirak edəcəyi yarışda idmançılar altı sinif (“Optimist”, “Optimist Qızlar”, “Optimist Junior”, “ILCA 4”, “ILCA 6”, “ILCA 7”) üzrə mübarizə aparacaqlar.

Yarışa mayın 28-i yekun vurulacaq. Həmin gün saat 14:00-dan Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar da təşkil olunacaq, 18-də isə qaliblər mükafatlandırılacaqlar.

Hər birinizi yelkənçilərin möhtəşəm şousunu izləmək və əylənmək üçün "Baku Sailing Regatta-2023”də gözləyirik. Tədbirdə iştirak qeydiyyatsız və ödənişsizdir.

Qeyd edək ki, reqata “Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil olunacaq.




Redaktorun seçimi

Hayastanın yol xəritəsi Bakıda çəkilir
  • Siyasi təhlil
  • 11:49 26.09.2023
Hayastanın yol xəritəsi Bakıda çəkilir

İqtisadiyyat