USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan və Türkiyənin dəniz nəqliyyatı sahəsindəki qurumları arasında əməkdaşlıq müzakirə olunub


https://img.baki-baku.az/news/2023/04/photo_7369.jpg

Aprelin 14-də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin müdiri Ünal Baylanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanında olub.

Bakı Limanından AZƏRTAC-a bildirilib ki, görüşdə qonaqlara Avrasiyanın logistika mərkəzi kimi Bakı Limanının regional əlaqələrin qurulmasında fəaliyyəti, icra edilən və perspektiv layihələr barədə məlumat verilib.

Görüş zamanı regionun nəqliyyat dəhlizlərinin əlaqələndirilməsində aparıcı rol oynayan Bakı Limanı vasitəsilə Türkiyədən də keçməklə Avropa və Asiya arasında sürətli yük daşınmasının həyata keçirildiyi və bu strategiyanın daha da genişləndirilməsi imkanları barədə müzakirə aparılıb, Şərq-Qərb arasında qlobal səviyyədə etibar və diqqət qazanan nəqliyyat marşrutu - Orta Dəhliz vasitəsilə Azərbaycanın və Türkiyənin tranzit potensialından maksimum istifadə olunması imkanlarından bəhs edilib.

Nümayəndə heyəti Bakı Limanının terminallarına səfər edərək yüklərin tranzit keçidinin təşkili prosesi ilə tanış olub, qaydalarla bağlı məlumat alıblar .

Qeyd edək ki, nümayəndə heyəti Azərbaycan və Türkiyənin dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən qurumları arasında əməkdaşlığın müzakirə edilməsi məqsədilə ölkəmizdə səfərdədir və aidiyyəti strukturlarla görüşlər keçirirlər.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat