USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan manatının məzənnəsi sabit qalacaq - PROQNOZ


https://img.baki-baku.az/news/2022/04/photo_6695.jpg

Neft qiymətlərinin yüksək olması səbəbindən Azərbaycan manatının məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni "Asian Development Outlook 2022" hesabatında bildirilir.

"Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən uçot dərəcəsinin 2022-ci ilin ortalarınadək dəyişməyəcəyi və yaxud inflyasiya təzyiqlərinin möhkəmlənməsinə cavab olaraq qaldırılacağı gözlənilir, hərçənd ki, inflyasiya 2-6% hədəf aralığında qərarlaşdığı təqdirdə, monetar siyasət yumşaldıla bilər", - hesabatda deyilir.

AİB qeyd edir ki, AMB depozit hərracları və notların buraxılışları vasitəsilə yerli valyutada izafi likvidliyin sterilləşdirilməsi, tədavüldə olan valyutanın məbləğinin nəzarət altında saxlanması və manatın məzənnəsinin azalmasına səbəb ola bilən təzyiqlərin tənzimlənməsi yolu ilə pul bazarına müdaxilələrini davam etdirəcək.

Xatırladaq ki, manatın dollara qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlanıb. Uçot dərəcəsi hazırda 7,75%, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% təşkil edir. 2022-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri ortaillik müqayisədə 12,2% artıb. Ötən il Azərbaycanda ortaillik inflyasiya isə 6,7% təşkil edib.




Redaktorun seçimi

Pekin Avropa səfərindən nə gözləyir?
  • Daxili siyasət
  • 11:44 07.05.2024
Pekin Avropa səfərindən nə gözləyir?
Revanşistlərin kürklərinə birə düşüb
  • Daxili siyasət
  • 10:17 04.05.2024
Revanşistlərin kürklərinə birə düşüb
Keşiş Baqratın hipnoz seansı
  • Daxili siyasət
  • 10:15 04.05.2024
Keşiş Baqratın hipnoz seansı
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
  • Daxili siyasət
  • 10:03 04.05.2024
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu

İqtisadiyyat