USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Birbank" istifadəçiləri əlavə bonuslar qazanacaq


https://img.baki-baku.az/news/2021/12/photo_5890.png

Azərbaycanın ilk rəqəmsal bankı olan Birbank, istifadəçilərinə Yeni ilin gəlişi münasibətilə kampaniya təqdim edir. Şərtlərə görə Kapital Bank kartları ilə Birbank-da ödəniş edən istifadəçilər əlavə bonuslar qazanacaqlar. Belə ki, Birbank vasitəsilə bir dəfəyə 20 AZN və daha yüksək məbləğdə mobil, stasionar telefon, kommunal, TV və ya internet ödənişi edənlər, əlavə olaraq 1 AZN məbləğində bonus əldə edəcəklər.

31 dekabr 2021-ci il tarixinədək davam edəcək aksiya zamanı hər Birbank istifadəçisi maksimum 5 dəfə (toplam 5 AZN) bonus qazana bilər. Qeyd edək ki, ƏDV bonusları, “Ürəklər” və ya başqa bankların kartları ilə həyata keçirilən ödənişlərə bonus hesablanmır.

 

3 milyondan artıq istifadəçi tərəfindən yüklənən Birbank-ın bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, kredit və BirKart sifarişi, NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdılaşma, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və s.

Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. Birbank-da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir. Ətraflı məlumat üçün www.birbank.az saytına müraciət edə bilərsiniz.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

İqtisadiyyat