USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Azercell" "010" prefiksli nömrələri istifadəyə verib


https://img.baki-baku.az/news/2021/11/photo_5597.jpg

Azərbaycanın mobil rabitə operatoru “Azercell” şirkəti yeni “010” prefiksli (şəbəkə kodlu) nömrələri istifadəyə verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, müştərilər bəyəndiyi “010” prefiksli nömrəni azercellim.com saytı vasitəsilə seçib dərhal rəsmiləşdirə bilər. Həmin sayt üzərindən nömrə üçün onlayn ödəniş tamamlandıqdan sonra abunəçinin qeyd etdiyi əlaqə nömrəsi və ya elektron ünvanına xüsusi sifariş kodu göndərilir. Həmin kodu 7 gün ərzində istənilən “Azercell” satış məntəqəsinə təqdim etməklə yeni nömrəni əldə etmək mümkündür.

 

Şirkətinin prezidenti Zərinə Zeynalovanın sözlərinə görə, “Qaliblərin seçimi!” şüarı ilə ifadə olunan “010” seriyalı nömrələr Vətən müharibəsində qalibiyyətin ilk ildönümünə ithaf olunur.

“İlkin onlayn satış kanalının Azərbaycanın mobil rabitə bazarında daha geniş təqdimatı abunəçilərimiz üçün “Azercell” servislərini daha əlçatan və rahat edir, eyni zamanda bizə müştəri xidmətlərimizin səviyyəsini artırmağa şərait yaradır”, - deyə Z. Zeynalova qeyd edib.

Yeni nömrənin aktivləşdirilmə şərtləri və tariflər haqqında daha ətraflı məlumatı “Azercell”in rəsmi veb-səhifəsindən (azercell.com) əldə etmək olar.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

İqtisadiyyat