USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanda yeni iqtisadi strategiya hazırlanır


https://img.baki-baku.az/news/2020/09/photo_527.jpg?v=MjAyMC0wOS0wMyAxMjo1MjoyNA==

Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən birbaşa xarici investisiyaların təşviqi istiqamətində yeni qanun layihəsi hazırlanır və artıq bitmə mərhələsindədir.  "APA-Economics"in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.  Onun sözlərinə görə, eyni zamanda Beynəlxalq Maliyyə Korporasiyası (International Financial Cooperation – IFC) ilə birgə birbaşa xarici investisiyaların təşviqinə dair 2020-2025-ci illərin əhatə edən strategiya hazırlanıb və bu sənəd yaxın zamanda təqdim olunacaq.

"Burada prioritet sahələr çox önəmlidir. Söhbət alternativ energetika, logistika, nəqliyyat kimi bizim üçün olan çox önəmli sahələrdən gedir. Eyni zamanda, ənənəvi olan kimya sənayesi, qida sənayesi, kənd təsərrüfatı, yüngül sənaye və informasiya texnologiyaları kimi sahələrə xarici investisiyaların təşviqi çox önəmli yer tutur", - deyə Y. Abdullayev qeyd edib.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

İqtisadiyyat