USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizlik indeksi - YENİLİK


https://img.baki-baku.az/news/2020/09/photo_499.jpg

Azərbaycanda dövlət qurumlarının informasiya ehtiyatlarının idarə edilməsi üçün yaradılan Resurs İdarəetmə Sistemi üzərindən artıq dövlət qurumlarının kibertəhlükəsizlik və reaksiya indeksinin hesablanması alqoritmi istifadəyə verilib.

Bu barədə "APA-Economics"ə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən (CERT) bildirilib.

Qeyd olunub ki, kibertəhlükəsizlik üzrə indeksi hesablayan alqoritm, dövlət qurumunda baş verən yoluxma, kənar müdaxilə, İP-lərin botnetə qoşulması, audit və boşluqların analizi nəticələrini ümumiləşdirərək qiymətləndirir və əldə etdiyi dəyəri həmin dövlət qurumunun informasiya resurslarının həcminə mütənasib olaraq indeksə çevirir. Dövlət qurumlarının reaksiya (ayıqlıq) indeksində isə qurumlar üzrə cavabdeh şəxslərin insidentlərə hansı müddətdə cavab verməsi hesablanaraq, həmin şəxslərin fəaliyyətinin effektivliyi qiymətləndirilir.  Qurumların indekslər üzrə qiymətləri rüblük və ya illik əsasda toplanaraq dövlət qurumlarının həm reaksiya, həm də kibertəhlükəsizlik səviyyəsi üzrə müqayisəli reytinqi İnformasiya Təhlükəsizliyi jurnalında çap ediləcək.

"Sistemə inteqrasiya edilən yeni alqoritm eyni zamanda öz əməkdaşlarımızın da reaksiya indeksini ölçür. Bu isə bizə əməkdaşlarımızın qurumlardan gələn sorğulara operativ rekasiyasını ölçməyə, operativliyin, eləcə də iş keyfiyyətinin yüksəldilməsi üçün meyar kimi istifadə olunmasına imkan verəcək", - Mərkəzdən bildirilib.

Həmçinin qeyd olunub ki, sistemin tez-tez verilən suallar qismi ilə inteqrasiya olunan İnformasiya Təhlükəsizliyi üzrə Elektron Kitabxananın da interfeysi yenilənib və istifadə üçün sadələşdirilib.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

İqtisadiyyat