USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

BP və tərəfdaşlarının Azərbaycanda operatorluq etdiyi layihələrə qoyduqları sərmayənin miqdarı açıqlanıb


https://img.baki-baku.az/news/2021/07/photo_4427.jpg

Böyük Britaniyanın BP şirkəti öz tərəfdaşları ilə birlikdə bu vaxtadək Azərbaycanda operatorluq etdiyi layihələrə 78,5 mlrd. ABŞ dollarından artıq sərmayə qoyub.

BP-dən "APA-Economics"ə verilən məlumata görə, BP şirkəti Azərbaycanda 28 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin operatorluğunu təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir.

"Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz müsbət təsirə malik olub və insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib", - məlumatda qeyd edilir.

Ümumilikdə, fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 94 mln. dollardan çox vəsait xərcləyib.

Qeyd edək ki, BP şirkəti Azərbaycanda "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrin iştirakçısıdır.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

İqtisadiyyat