USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kapital Bankdan yenilik - bizneslə məşğul olanlara sərfəli ipoteka krediti


https://img.baki-baku.az/news/2021/07/photo_4390.jpg

Kapital Bank bizneslə məşğul olan şəxslər üçün sərfəli şərtlərlə ipoteka kreditləşməsi təklif edir. "Baki-Baku.az"a bankdan daxil olmuş məlumatda bildirilir ki, artıq bizneslə məşğul olan sahibkarlar 10 ilədək müddətə, illik 10 %-lə başlayan ipoteka krediti vasitəsilə daşınmaz əmlak əldə edə  bilərlər.

Kapital Bank-ın təqdim etdiyi bu təkliflə bizneslə məşğul olanlar bir sıra üstünlüklər əldə edirlər: üçüncü şəxsin adına olan əmlakları girov kimi əldə etmək olar, satıcıya bank tərəfindən zəmanət verilir, sığortalanma illik əsasda aparılır, icarə haqlarından bir dəfəlik azad olunur, biznes obyektindən kənarlaşdırılması təhlükəsi olmur, əlavə daşınmaz əmlak əldə etmək olur və s.

Qeyd edək ki, biznes ipotekası almaq üçün (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

İqtisadiyyat