USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiya qazı Ermənistana Azərbaycan ərazisi vasitəsilə çatdırılacaq - SƏBƏB


https://img.baki-baku.az/news/2021/03/photo_3254.jpg?v=MjAyMS0wMy0xNyAxMTo1NjoyNQ==

Ermənistana Rusiya qazının verilməsi müvəqqəti olaraq Azərbaycan vasitəsilə həyata keçiriləcək. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumatı "Sputnik Armeniya" "Qazprom eksport"un mətbuat xidmətinə istinadən yayıb. Səbəb "Şimali Qafqaz-Zaqafqazye" qaz boru kəmərinin təmiridir. 

"Şimali Qafqaz-Zaqafqazye" qaz boru kəmərində planlaşdırılmış təmir işləri ilə əlaqədar olaraq Rusiya qazı istehlakçılara Azərbaycan ərazisi vasitəsilə veriləcək. "Qazprom eksport" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) martın 16-da Rusiya qazının Azərbaycan ərazisi ilə transportirovkası ilə əlaqədar qısa müddətli müqavilə imzalayıblar", - deyə məlumatda bildirilib. 

Məlumatda o da bildirilib ki, təmir işləri ilə bağlı Ermənistana Rusiya qazı Azərbaycan ərazisi vasitəsilə Gürcüstan sərhəddinədək çatdırılacaqdır. Təmir işlərinin isə təxminən üç həftəyə başa çatması nəzərdə tutulur. İşlər başa çatdıqdan sonra əvvəlki marşrut bərpa olunacaqdır. 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

İqtisadiyyat