USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Neft bazarında tələb təklifi üstələyəcək - PROQNOZ


https://img.baki-baku.az/news/2020/12/photo_2067.jpg?v=MjAyMC0xMi0wOSAxMTozNDowMw==

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2020-ci ildə dünyada neftə və digər maye karbohidrogenlərə olan gündəlik orta tələbat üzrə proqnozunu azaldıb.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2020-ci ildə bu göstəricinin 92,38 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır. Əvvəlki proqnozda bu rəqəm 92,91 mln. barelə bərabər idi.

Buna baxmayaraq, agentlik 2021-ci üzrə proqnozunu azaldıb. Belə ki, proqnoza görə, bu göstəricinin 98,16 mln. barel olacağı gözlənilir. Bu, əvvəlki proqnozdan 640 min barel azdır.

Bununla yanaşı, Agentlik gələn il neft bazarında 740 min barel həcmində defisitin qeydə alınacağını proqnozlaşdırır. Belə ki, proqnoza əsasən, 2021-ci ildə bazarda gündəlik neft təklifi 97,48 mln. barel həcmində olacaq.

Bu arada nüfuzlu "Goldman Sachs" investisiya bankının xammal bazarları üzrə baş analitiki Cefri Kürri bildirib ki, ABŞ dollarının zəifləməsi və alternativ enerjiyə keçid prosesləri bazarda neftə olan tələbatı artıracaq.

"Financial Times"ın canlı yayımında çıxış edən analitik bildirib ki, "yaşıl" enerji infrastruktur layihələrinin icrası üçün əsasən neft istifadə olunacaq və beləliklə, neftə olan tələbat bazarda stabil tempdə artacaq.

C. Kürri qeyd edib ki, 2021-ci ilin sonuna "Goldman Sachs" neftin bir barelinin qiymətinin 65 ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır. Bundan əlavə, bank bazarda tələbatın bərpa olunacağını gözləyir və 2022-ci ildə neftə olan qlobal tələbatın gündəlik 102,5 mln. barelə çatacağını güman edir.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

İqtisadiyyat