USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilir


https://img.baki-baku.az/news/2024/10/photo_14967.jpg

Bakıda Azərbaycan İnnovasiya Mərkəzinin (AİM) açılış mərasimi keçirilir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov tədbiri giriş sözü ilə açaraq startap ekosistemi sürətlə inkişaf edən ölkələrdə AİM kimi innovasiya məkanlarının aparıcı rol oynadığını vurğulayıb.

S.Məmmədov bildirib ki, Azərbaycan İnnovasiya Mərkəzi sadəcə ofis məkanı deyil, böyük bir ekosistem oyunçusudur: “Burada startaplar inkubasiya və akselerasiya proqramlarında iştirak edərək investorlarla görüşlər keçirmək, tərəfdaşlıq yaratmaq və layihələrini təqdim etmək imkanı əldə edəcəklər”.

Nazir müavini qeyd edib ki, AİM Azərbaycanda fəaliyyət göstərmək istəyən yerli və xarici şirkətlər üçün uyğun icarə şərtləri və digər üstünlüklər təklif edir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə təsis edilən Azərbaycan İnnovasiya Mərkəzi (AİM) texnoloji sahibkarlar, startapçılar və innovatorlar üçün vahid mərkəz rolu oynayacaq.

Tədbirdə qonaq qismində dövlət qurumlarının nümayəndələri, yerli ekosistemin üzvləri və digər tərəfdaş şirkətlərin nümayəndələri iştirak edirlər.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

İqtisadiyyat