USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib


https://img.baki-baku.az/news/2024/09/photo_14764.jpg

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC 17-20 sentyabr tarixlərində Özbəkistanda keçirilən “İKT Həftəsi” (ICT Week 2024) tədbirində stendlə çıxış edib.

MMC-dən bildirilib ki, 20-yə yaxın ölkənin təmsil olunduğu tədbirin sərgi hissəsində “AzInTelecom” əməkdaşları tərəfindən şirkətin məhsul və xidmətləri barədə iştirakçılara məlumat verilib, potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirin ilk günündə “AzInTelecom”un stendini ziyarət edənlər arasında Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov da olub. Ziyarət zamanı nazirə “AzInTelecom”un əsas rəqəmsal məhsullarından olan “SİMA İmza” haqqında məlumat verilib. Şerzod Şermatov “SİMA İmza”nın biometriya funksionallığını maraqla qarşılayıb.

Tədbirin üçüncü günündə “AzInTelecom”un nümayəndə heyəti Özbəkistanda elektron imzalar üzrə məsul qurum olan Yeni Texnologiyalar Mərkəzində olublar. Mərkəzin rəhbərliyi ilə görüşən “AzInTelecom” əməkdaşları Özbəkistanda elektron imza sahəsinin inkişafı üçün “SİMA İmza”nın imkanlarından istifadənin mümkünlüyünü vurğulayıblar. Mərkəzin direktoru Şərifjon Kayumov SİMA-nın imkanlarını yüksək qiymətləndirib və daha geniş müzakirələr üçün Bakıya səfər edə biləcəklərini qeyd edib.

Məlumat üçün qeyd edək ki, “Özbəkistan İKT Həftəsi” informasiya və kommunikasiya texnologiyaları sahəsində Mərkəzi Asiya və ətraf regionlardakı İT şirkətlərini bir araya toplayan qlobal tədbir hesab olunur. Tədbirin gedişində sərgilər və seminarlar təşkil olunub, ekspertlər çıxış edib, şirkətlər öz texnoloji məhsullarını nümayiş etdiriblər.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

İqtisadiyyat