USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Heydər Əliyev Beynəlxalq Aeroportu payız mövsümündə 80-dən çox istiqamətə səyahət imkanı təqdim edir


https://img.baki-baku.az/news/2024/09/photo_14663.jpg

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə payız aylarında 80-dən çox istiqamətə səyahət imkanı təqdim edir.

Bakı aeroportundan bildirilib ki, hava limanından 18 aşağıbüdcəli olmaqla, 38 xarici aviaşirkət vasitəsilə dünyanın bir çox məşhur şəhərlərinə birbaşa uçuşlar həyata keçirilir.

Payızın mədəni və tarixi gözəlliklərini yaşamaq istəyənlər üçün Avropanın əsas turizm məkanları - Paris, Roma, Milan, Vyana, London, Barselona, Frankfurt, Berlin, Praqa, Budapeşt, Riqa və digər şəhərlərə reyslər təklif olunur.

İsti günlərdən zövq almaq istəyənlər üçün Dubay, Əbu-Dabi, Şarja və Şarm əl-Şeyx kimi məşhur dənizkənarı kurort şəhərlərinə uçuşlar həyata keçirilir. Asiya mədəniyyəti və təbiətini araşdırmaq arzusunda olan sərnişinlər isə Pekin, Urumçi, İslamabad, Kəraçi, Lahor, Dehli və Mumbay kimi maraqlı istiqamətlərə səyahət edə bilərlər.

Bundan əlavə, Bakı aeroportundan bu payız mövsümündə də İstanbul, Ankara, İzmir, Trabzon, Almatı, Astana, Daşkənd, Moskva, Sankt-Peterburq, Tbilisi və digər populyar şəhərlərə uçuşlar yerinə yetirilməkdə davam edəcək. Bu istiqamətlər həm turizm, həm də işgüzar səfərlər üçün geniş imkanlar təqdim edir.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin komfortunu təmin etmək məqsədilə müasir xidmətlər, o cümlədən rahat bağlantılar və geniş marşrut şəbəkəsi təqdim edir. Sərnişinlərə səyahət planlarını öncədən quraraq, aviabiletləri müvafiq aviaşirkətlərin rəsmi saytlarından əvvəlcədən bron etmələri tövsiyə olunur. Bu, həm biletlərin əlçatanlığını təmin edəcək, həm də daha sərfəli qiymətlərdən faydalanmağa imkan yaradacaq.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İqtisadiyyat