USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanda bütün rəqəmsal dövlət xidmətləri “mygov” üzərindən təqdim ediləcək


https://img.baki-baku.az/news/2024/09/photo_14557.jpg

Gələcəkdə Azərbaycanda bütün rəqəmsal dövlət xidmətləri "mygov" üzərindən təqdim ediləcək, lakin buna zaman lazımdır.

AZƏRTAC xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev "mygov" platformasına dair sual-cavab sessiyasında deyib.

Ş.Əliyev bildirib ki, müxtəlif dövlət qurumları ilə xidmətlərin daha əlçatan və rahat formada "mygov" üzərindən təqdim edilməsi ilə bağlı işlər görülür.

"Bir müddət öncə Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə şəxsiyyət vəsiqələri və sürücülük vəsiqələrinin inteqrasiya ilə bağlı işlər görmüşük. Növbəti mərhələdə məhkumluq haqqında arayışın "mygov"a gətirilməsi nəzərdə tutulub. Eyni zamanda, mobil notariatın bütün funksionallıqlarının "mygov"a gətirilməsi planlaşdırılır. Bu proses hələ ki davam edəcək və digər dövlət xidmətlərinin də "mygov"a inteqrasiyası istiqamətində işlər görülür", - deyə o əlavə edib.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İqtisadiyyat